SON XƏBƏRLƏR

İRAN ADLANAN ÖLKƏNIN 31 UNIVERSITET TƏLƏBƏ BIRLIKLƏRININ BƏYANATI

2021.10.20, 07:36
İRAN ADLANAN ÖLKƏNIN 31 UNIVERSITET TƏLƏBƏ BIRLIKLƏRININ BƏYANATI

Gunaz.tv
İRAN ADLANAN ÖLKƏNIN 31 UNIVERSITET TƏLƏBƏ BIRLIKLƏRININ BƏYANATI hebs-6-2.jpg DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən İranın 31 Universitet tələbə birlikləri İran hakimiyyətinin şovinist siyasətini pisləyərək Güney Azərbaycan tələbələrinin özəlliklə Təbriz Universitetinin milli fəalları rejim tərəfindən həbs edilərək işgəncə və təzyiqlərə məruz qoyulmaqlarına qarşı bəyanat yayıblar. Bəyanatda bildirilir ki, İran hakimiyyəti universitetlərin yay tətilindən istifadə edərək Universitet daxilindəki sinfi və milli haqlarını müdafiə edən tələbələri təhsildən məhrum və əksər hallarda həbs edərək işgəncə və təzyiqlərə məruz qoymağa başlayıb. Keçən təhsil ilində təkcə Təbriz universitetindən Nadir Mehdi Qarabağ, Nahid Babazadə, Əmin İmani və Səməd Paşayi diplom işlərini müdafiələrinin qarşısı alınaraq onları təhsildən məhrum edib və Səccad Radmehri və onunla yanaşı çoxlu sayda tələbəni Azərbaycanda və İranın başqa şəhərlərində həbs və təhdidlərlə onları öz haq yollarından döndərməyə cəhd ediblər. Iran təhlükəsizlik məmurlarının özbaşınalığı nəticəsində Səccad Radmehr, Fəraz Zehtab, Aydın Xaceyi, Əmir Mərdani, Mənsur Əminyan və Məqsud Əhdi həbs edilərək ağır işgəncə və təzyiqlərə məruz qalmaqdadırlar. Biz İranın bütün universitetlərinin tələbə dərnəklərini və tələbə hərəkatının üzvləri olaraq həbs edilən günahsız tələbələrin dərhal azadlığını və toxunulmazlığını tələb edirik. dak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar