SON XƏBƏRLƏR

Güney Azərbaycanın Öyrənci Hərəkatının fəalı Mənsur Əminiyandan hələ də xəbər yoxdur

2021.10.20, 07:36
Güney Azərbaycanın Öyrənci Hərəkatının fəalı Mənsur Əminiyandan hələ də xəbər yoxdur

Gunaz.tv
Güney Azərbaycanın Öyrənci Hərəkatının fəalı Mənsur Əminiyandan hələ də xəbər yoxdur g.teleb.jpg DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən bu yaxınlarda Təbriz ETTELAAT tərəfindən həbs edilən Mənsur Əminyan heç bir səbəb olmadan həbs edilərək bu günə qədər hansı durumda və harada saxlandığı ETTELAAT tərəfindən gizlədilir. Xatırladaq ki, Mənsur Əminyan tələbə olduğu müddətdə Güney Azərbaycanın mədəni və milli haqları uğrunda tələbə dərnəklərində dərgi və həftəliklərdə yaxından iştirak etmiş, həmin dərgi və bülletenlərə redaktor və baş redaktor vəzifələrində fəaliyyət göstərmişdir. Həmin dərgilərin bəzilərinin adlarını sizin diqqətinizə çatdırırıq; Həftəliklər: Azərbaycan günəşi, Özlük, Səttərxan, Araz və başqa Güney Azərbaycan dərgiləri. Bunlarla yanaşı Mənsur Əminyan 2006-cı il may hadisələri zamanı aksiyalarda iştirak etdiyinə görə Universitetin təhlükəsizlik komitəsi tərəfindən bir il müddətinə təhsildən məhrum edilmiş, dəfələrlə ETTELAAT məmurları tərəfindən həbs edilmiş iltizam verərək müvəqqəti azadlığa buraxılmışdır. Sonuncu dəfə ETTELAAT məmurları Mənsur Əminyanın Xoy şəhərindəki atasının evinə hücum edərək onu həbs etmək istəmiş, lakin evdə olmadlığından ETTELAAT məmurları evi təftiş etdikdən sonra ailəsinə övladlarını Təbriz ETTELAAT-na verməyi tələb etmişlər. Mənsur Əminyan Təbriz ETTELAAT-na müraciət etmiş, lakin onu tanımadıqlarını bildirmiş, həmin gün bir neçə saat sonra ETTELAAT məmurları ona zəng edərək onunla görüşmüş, bir neçə saat sorğu-sual aparılmış, həmin gündən etibarən Mənsur Əminyandan heç bir xəbər yoxdur. Onun harda və hansı durumda olduğu bəlli deyil. dak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar