SON XƏBƏRLƏR

Sərkisyan siyasi iradədən danışır...

2021.10.20, 07:36
Sərkisyan siyasi iradədən danışır...

Gunaz.tv
Sərkisyan siyasi iradədən danışır... "Azərbaycandakı prezident seçkisinədək Qarabağ danışıqlarında hər hansı irəliləyiş gözləmirəm" "Azərbaycanda prezident seçkiləri başa çatana kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində hər hansı irəliləyiş olacağını düşünmürəm",-deyə Ermənistan prezidenti Serj Sərkisyan Türkiyənin "Radikal" qəzetinə müsahibəsində bildirib. b: "Biz bu məsələ ilə bağlı iyunun 6-da prezident İlham Əliyevlə Sankt-Peterburqda müzakirələr aparmışıq. Həm Azərbaycan prezidenti, həm də mən görüşün nəticələrini müsbət qiymətləndirmişik və hesab edirik ki, dialoqun davam etdirilməsinə əsas yaradan danışıqlar aparmışıq. Daha sonra xarici işlər nazirlərinə göstəriş verdik ki, Madrid prinsipləri əsasında danışıqları davam etdirsinlər. Artıq nazirlər səviyyəsində üç belə görüş keçirilib". Sərkisyan guya ümid edir ki, bu prinsiplər əsasında tərəfləri qane edən qərarlar qəbul edələcək:" Azərbaycanda prezident seçkiləri başa çatana kimi hansısa gözləntidən danışmaq düzgün olmazdı. Hər şey siyasi iradədən asılıdır. Biz siyasi iradə nümayiş etdirməyə hazırıq".express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar