SON XƏBƏRLƏR

Təbriz ETTELAAT-da saxlanılan Fəraz Zehtabın vəziyyəti nigaranlıq doğurur

2021.10.20, 07:36
Təbriz ETTELAAT-da saxlanılan Fəraz Zehtabın vəziyyəti nigaranlıq doğurur

Gunaz.tv
Təbriz ETTELAAT-da saxlanılan Fəraz Zehtabın vəziyyəti nigaranlıq doğurur feraz.jpg DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən təxminən 50 gün bundan öncə Təbriz Universitetinin qarşısında həbs olunan Səccad Radmehr, Fəraz Zehtab, Aydın Xaceyi, Daryuş Hatəmi və 22 gün öncə Əmir Mərdani, 15 gün öncə Mənsur Əminyan və Məqsud Əhdi bunlardan başqa İran adlanan ölkənin başqa şəhərlərində təhsil alan Güney Azərbaycanlı tələbələr hər gün həbs olunur. Təhdid və təzyiqlərə məruz qalmaqdadırlar. Bu tələbələrdən sonuncusu Məcid Makuyi İsfahan Gəmiqayırma Universitetinin tələbəsidir. Adları qeyd olunan Güney Azərbaycanın milli fəalları ETTELAAT təcridxanalarında təknəfərlik kameralarda ağır şəraitdə saxlanılaraq fiziki və ruhi işgəncələrə məruz qalmaqdadırlar. 50 gün öncə həbs edilən Fəraz Zehtab son günlərdə ailəsilə telefon əlaqəsi yaradaraq çox ağır durumda olduğunu bildirmişdir. Belə ki, pis şəraitdə və işgəncə nəticəsində ağır xəstəliklərə tutulmuş, nəfəs sistemində, səsində, böyrəklərində və qara ciyərində dözülməz ağrılar başlamış, lakin ETTELAAT məmurları onun müalicəsi üçün heç bir şərait yaratmayırlar. Fəraz Zehtabın ailəsi dəfələrlə ETTELAAT-a övladlarının müalicəsi üçün müraciət etsələrdə bu günəqədər heç bir nəticə verməyibdir. ETTELAAT məmurları Fəraz Zehtabın ailəsinə bildiriblər ki, “oğlunuz bizimlə əməkdaşlıq etməsindən boyun qaçırdığına görə cəzalandırılır. Başqa məhbuslardan biri Məqsud Əhdi ailələrinə zəng edərək ağır tənəffüslə danışdığı və bədənində çoxlu ağrılar olduğunu bildirmişdir. Həmin ağrılar ETTELAAT məmurları tərəfindən işgəncələrin nəticəsini göstərən faktlardandır. Hal hazırda adları çəkilən soydaşlarımız Təbrizin ETTELAAT təcridxanasında təknəfərlik kameralarda ayrı-ayrılıqda saxlanılaraq ağır işgəncə və təzyiqlərə məruz qalmaqdadırlar. Xüsusilə Fəraz Zehtabın vəziyyəti həddindən nigaranlıq doğurur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar