SON XƏBƏRLƏR

Rusiya Gürcüstan vətəndaşlarını qovur

2021.10.20, 07:36
Rusiya Gürcüstan vətəndaşlarını qovur

Gunaz.tv
Rusiya Gürcüstan vətəndaşlarını qovur Vizasıi başa çatan gürcülər dərhal Rusiya ərazisini tərk etməlidirlər «Rusiya vizasının vaxtı bitməkdə olan Gürcüstan vətəndaşları dərhal ölkəni tərk etməlidirlər. Lakin xüsusi fors-major şəraitində vizanın müddəti 10 günlüyə uzadıla bilər». lent.az-ın verdiyi məlumata görə, belə bir bəyanatla Federal Miqrasiya Xidməti (FMX) çıxış edib. FMX-nin viza və qeydiyyat işləri idarəsinin rəhbəri Aleksandr Aksyonov bildirib ki, iki ölkə arasında yaranmış vəziyyət və diplomatik münasibətlərin kəsilməsindən sonra Gürcüstan vətəndaşları viza müddəti başa çatan kimi Rusiya ərazisini tərk etməlidirlər. Xatırladaq ki, Rusiyanın Gürcüstandakı səfirliyi və konsulluğu bu gündən etibarən fəaliyyətini dayandırıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Andrey Nesterenko bu günə qədər Tiflisdəki konsul funksiyalarını yerinə yetirdiklərini və Gürcüstan vətəndaşlarına viza verdiklərini bildirib: «Amma indi bu proses dayandırılıb. Biz hər iki ölkənin vətəndaşlarının maraqlarına ziyan vurmamaq üçün hansı addımlar atacağımız üzərində düşünürük». Rəsmi Tiflis isə Moskvadakı konsulluğunun fəaliyyətini davam etdirəcəyini və Rusiya vətəndaşlarına viza verəcəyini açıqlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar