SON XƏBƏRLƏR

Serqey Lavrov: “Abxaziya və Cənubi Osetiyadakı vəziyyətlə Dağlıq Qarabağ arasında heç bir oxşarlıq yoxdur”

2021.10.20, 07:36
Serqey Lavrov: “Abxaziya və Cənubi Osetiyadakı vəziyyətlə Dağlıq Qarabağ arasında heç bir oxşarlıq yoxdur”

Gunaz.tv
Serqey Lavrov: “Abxaziya və Cənubi Osetiyadakı vəziyyətlə Dağlıq Qarabağ arasında heç bir oxşarlıq yoxdur” lavrovb.jpg Bakı. Laçın Sultanova-APA. «Abxaziya və Cənubi Osetiyadakı vəziyyətlə Dağlıq Qarabağdakı vəziyyət arasında heç bir oxşarlıq yoxdur». APA-nın “RİA Novosti”-yə istinadən verdiyi məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) XİN başçılarının görüşünün yekununda keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Abxaziya və Cənubi Osetiyada vəziyyətin bu həddə çatmasına Saakaşvili rejiminin son illər tərəflərin razılaşdığı danışıqlar formatının, nizamlamanın bütün mexanizmlərinin pozulmasına yönəlmiş siyasət aparması, dinc əhali və sülhməramlılara qarşı provokasiyalar həyata keçirməsi səbəb olub. S. Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında belə halların baş vermədiyini, münaqişə tərəflərindən heç birinin nizamlanmadan kənara çıxmadığını bildirib: “Dağlıq Qarabağ münaqişənin nizamlanması ilə bağlı ciddi işlər görülüb, razılaşdırılmamış məsələlər üzərində isə iş davam edir”. Rusiyalı nazir xatırladıb ki, Azərbaycan və Ermənistan prezidentləri mütəmadi dialoq aparır, sonuncu belə görüş isə bu ilin yayında Sankt-Peterburqda olub: “Bütün səviyyələrdə işin davam etdirilməsi barədə razılaşma var. Rusiya da ATƏT və KTMT çərçivəsində razılaşdırılmış prinsiplər əsasında münaqişənin nizamlanmasına aktiv yardım edəcək”. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar