SON XƏBƏRLƏR

Avropa Məhkəməsinin bülleteni Azərbaycan dilində nəşr edilir

2021.10.20, 07:36
Avropa Məhkəməsinin bülleteni Azərbaycan dilində nəşr edilir

Gunaz.tv
Avropa Məhkəməsinin bülleteni Azərbaycan dilində nəşr edilir xkj2k3cd.jpg Avropa Şurası (AŞ) və Avrasiya Hüquqşünaslar Assosiasiyası Azərbaycan Hüquqşünaslar Konfederasiyası və Bakı Hüquq Mərkəzi ilə sıx əməkdaşlıqda Avropa İnsan Hüquqları Məhkəməsi bülleteninin Azərbaycan dilində nəşrinə başlayıb. Avropa Şurasının Bakıdakı nümayəndəliyindən verilən məlumata görə, bülletenin nəşrində əsas məqsəd Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və onun Azərbaycanda təbliğidir. Bülletenə məhkəmə tərəfindən bu yaxınlarda verilən qərarlar daxildir. Rübdə bir dəfə 1000 nüsxə ilə çar olunacaq bülleten hakimlər, hüquqşünaslar, vəkillər, insan hüquqları müdafiəçiləri, prokurorlar, polis və hüquq fakültəsinin tələbələri, həmçinin maraqlanan digər şəxslər arasında pulsuz paylanılacaq. Elmar bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar