SON XƏBƏRLƏR

Ukraynada hökumət koalisiyası dağıldı

2021.10.20, 07:36
Ukraynada hökumət koalisiyası dağıldı

Gunaz.tv
Ukraynada hökumət koalisiyası dağıldı Ukrayna Prezidenti Viktor Yuşşenko bəyan edib ki, ölkədə anti-konstitusional çevriliş başlayıb. O, parlamentin 3 böyük fraksiyasını çevrilş hazırlamaq cəhdində ittiham edib. "Parlamentdə siyasi və konstitusional çevriliş başlayıb" Bununla ölkənin idarədedici koalisiyası dağılıb. Cənab Yuşşenko parlamenti buraxacağı ilə hədələyib. Cənab Yuşşenkonun müdafiəçiləri prezidentin səlahiyyətlərini azaldan yeni qanunlara qarşı etiraz aksiyası keçiriblər. Qanun layihələri Rusiyapərəst müxalifət tərəfindən təqdim olunub və baş nazir Yulia Timoşenkonun partiyası onları dəstəkləyib. Qərbpərəst siyasi məqsədlər güdmələrinə baxmayaraq, keçmiş müttəfiqlər olan Baş Nazir və Prezident indi bir-birinə qarşı çevrilib. "Parlamentdə siyasi və konstitusional çevriliş başlayıb" - bu sözləri cənab televiziya ilə yayımlanan çıxışında bəyan edib. "Mən təəssüf edirəm ki, Prezident məsuiliyyətsiz hərəkət edir". "30 gün ərzində yeni koalisiya yaranmazsa, mən parlamenti buraxmaq və növbədənkənar seçkilər çağırmaq hüququmdan istifadə edəcəyəm," - Viktor Yuşşenko belə deyib. Məsuliyyətsiz davranış Ancaq xanım Timoşenko öz rəqibini xaos yaratmaqda ittiham edib və deyib ki, koalisiyanın dağılmasına baxmayaraq, Ukrayna kabineti öz işinə davam edəcək. "Mən təəssüf edirəm ki, Prezident məsuiliyyətsiz hərəkət edir" - Yuliya Timoşenko kabinetin iclasında deyib. O, əlavə edib ki, koalisiya məhz Prezidentin göstərişlərinə əsasən dağılıb. BBC-nin Rusiya məsələləri üzrə təhlilçisi Stiven İk bildirir ki, cənab Yuşşenkonun populyarlığı hazırda çox aşağıdır. Baş Nazirin və Prezidentin gələn il keçiriləcək prezident seçkiləri öncəsi prezidentlik vəzifəsi uğrunda yarışdığı deylir. Müxbirimiz bildirir ki, cənab Yuşşenkonun hazırkı populyarlıq səviyyəsi ilə qalib gəlmək şansları çox azdır. Prezident və Baş Nazir arasında gərginlik cənab Yuşşenkonun xanım Timoşenkonu Gürcüstan münaqişəsilə bağlı Rusiyanın tərəfində olmasında günahlandırmasından sonra daha da artıb. Cənab Yuşşenko Gürcüstan-Rusiya münaqişəsi başlayandan bəri Tbilisinin tərəfində olub, amma dünən Baş Nazirin partiyası parlamentin Moskvanı ittiham qətnaməsinin əleyhinə səs verib. Bu gərginlik ABŞ-ın Vitse Prezidenti Dik Çeyninin Ukraynaya planlaşdırılan səfərindən bir gün öncə baş verir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar