SON XƏBƏRLƏR

İki xutorluq "sovetləşmə"

2021.10.20, 07:36
İki xutorluq "sovetləşmə"

Gunaz.tv
İki xutorluq "sovetləşmə" Estoniyanın şimal-şərqində, Rusiya ilə sərhədin yaxınlığında yerləşən iki xutor dünən "dövlət müstəqillikləri"ni bəyan ediblər. Özlərini "Estoniya Sovet Sosialist Respublikası" adlandıran xutorlar Rusiyaya müraciət edərək "rəsmən tanınma" istəyiblər. Xutorlardan birinin sahibi Andres Tammın dediyinə görə, təşəbbüs ona məxsusdur: "Hazırda Rusiya və Estoniya arasında dostluq və əməkdaşlıq barədə müqavilə üçün imza toplayırıq. Sənədi sonra Rusiya prezidentinə yollayacağıq. Mənə qonşu xutorun sahibəsi Ayne Saar da qoşulandan sonra işimiz asanlaşdı". Onun dediyinə görə, sadə insanın ayaqlar altında qaldığı, meşələrin qırıldığı, işsizlik və korrupsiyanın tüğyan etdiyi, hər şeyi NATO və amerikalıların həll etdiyi, faşist tör-töküntülərinə sayğı bəsləndiyi burjua Estoniyasında yaşamaq istəmir.express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar