SON XƏBƏRLƏR

Bakıda Cüdo Kuboku keçiriləcək . Avropa Cüdo İttifaqı (EJU) belə qərar qəbul edib

2021.10.20, 07:36
Bakıda Cüdo Kuboku keçiriləcək . Avropa Cüdo İttifaqı (EJU) belə qərar qəbul edib

Gunaz.tv
Bakıda Cüdo Kuboku keçiriləcək Kişi və qadınlar arasında cüdo üzrə Dünya Kuboku Bakıda keçiriləcək. Avropa Cüdo İttifaqı (EJU) belə qərar qəbul edib. İlk əvvəld Bakı yalnız qadınlar arasında turnirə ev sahibliyi etmək istəyirdi. Lakin Minsk kişilər arasında turnirdən boyun qaçırandan sonra EJU Azərbaycan paytaxtını seçib. Turnir oktyabrın 11-12-də keçiriləcək. Azərbaycanın cüdo üzrə yığma komandasının baş məşqçisi Ağayar Axundzadənin dediyinə görə, son həftələr ərzində Minskin imtinası müzakirə olunduğundan EJU-nun qərarı Bakıda gözlənilməz sayılmayıb: - Xatirinizdədirsə, ötən il kişilər arasında Olimpiya lisenziyalı Dünya Kubokunu keçirdik. Növbə qaydasını nəzərə alsaq, bu dəfə Bakıya yalnız qadın cüdoçular gəlməli idi. Fəqət indi tam yarış keçirəcəyik. - Dünya Kubokunda hansı komandalar iştirak etmək niyyətində olduğunu bildirib? - Yığmaların dəqiq sayı hələ məlum deyil. Amma məsələn, Kanada tam heyətlə gəlmək niyyətini açıqlayıb. Rusiya, İran, Gürcüstan, Qazaxıstan və başqa ölkələrin komandaları da turnirdə iştirak etmək istəyirlər. Fəqət bu barədə heç olmasa ilkin iştirak ərizələrini alandan sonra konkret danışmaq olar. - Turnir yəqin ki, yığmanın ehtiyat heyətini yoxlamaq üçün yaxşı imkan olacaq? - Bəs necə?! Qoy uşaqlar güləşsinlər, qüvvələrini yoxlasınlar. Turnir planlaşdırılmamış olduğundan hazırlıq toplanışına ümid etməyə dəyməz. Amma Dünya Kubokunda çıxış etmək cüdoçularımız üçün özlərini göstərmək baxımından pis imkan deyil. Bu yarışda yalnız gənclərdən ibarət komandanın üzvləri yox, müxtəlif səbəblərdən yığmada yer almayan cüdoçular da çıxış edə bilər. - Yəni yığmanın liderlərini görməyəcəyik? - Pekin Olimpiadasını nəzərə alsaq, onların əksəriyyəti Bakıdakı Kubokda mübarizə aparmayacaq. Amma Elxan Məmmədov (90 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusifovanın (63 kq) turnirə qatılacağını düşünürəm. - Yarışlar harada keçiriləcək? - Heydər Əliyev adına İdman Sarayında. Düşünürəm ki, arenaya üç tatami qoysaq, bəsdir. İllh da ki, turnir cəmi iki gün davam edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar