SON XƏBƏRLƏR

JURNALİSTİ(Maqomed Yevloyevin) MİLİS ZABİTİNİN ÖLDÜRDÜYÜ AÇIQLANDI

2021.10.20, 07:36
JURNALİSTİ(Maqomed Yevloyevin) MİLİS ZABİTİNİN ÖLDÜRDÜYÜ AÇIQLANDI

Gunaz.tv
JURNALİSTİ MİLİS ZABİTİNİN ÖLDÜRDÜYÜ AÇIQLANDI yevloyev_1.jpg Maqomed Yevloyev Avqustun 31-də öldürülmüş «İnquşetiya.ru» saytının sahibi Maqomed Yevloyevin qatilinin Xüsusi Təyinatlı Milis Dəstəsinin komandiri Maqomed Saroyev olduğu açıqlanıb. Saytın bu gün yaydığı məlumata görə, avqustun 31-də Moskvadan qayıdan jurnalisti Maqas hava limanında saxlayaraq zorla milis avtomobilinə oturdan M.Saroyev olub. İstintaqın versiyasına görə, Maqomed Yevloyev təsadüfən açılan güllədən ölüb. Ancaq mərhumun yaxınları və İnquşetiya müxalifəti onun qəsdən öldürüldüyünü deyir. Jurnalistin qətli İnquşetiyada xalq etirazlarına səbəb olub və paytaxt Nazranda sentyabrın 1-də fasiləsiz aksiya başlayıb. Sentyabrın 2-si səhər aksiya zor gücünə dağıdılıb. Mitinqçilərin əssas tələbi indiki prezident Murat Zyaikovun istefası, İnquşetiyanın keçmiş prezidenti Ruslan Auşevin vəzifəsinə bərpa olunması və M.Yevloyevin qatillərinin tapılması idi. Aksiyada çıxış edən müxalifət nümayəndələri «İnquşetiya.ru» saytının sahibinin qətlinin təsadüfi olmadığını, bu cinayətdə prezidentin və Daxili İşlər Nazirliyi rəhəbərliyinin əli olduğunu istisna etməyiblər. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar