SON XƏBƏRLƏR

İdmançılar təqaüd alacaq

2021.10.20, 07:36
İdmançılar təqaüd alacaq

Gunaz.tv
İdmançılar təqaüd alacaq Dünən Heydər Əliyev Fondu beynəlхalq idman arenalarında uğur qazanmış bir qrup idmançını diplom və pulla mükafatlandırıb. 1992-ci il Barselona, 1996-cı il Atlanta, 2000-ci il Sidney, 2004-cü il Afina və 2008-ci il Pekin olimpiadalarının qızıl, gümüş və bürünc medallarını qazanmış idmançılara mükafatlar verilib. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva çıхışında bildirib ki, idmançılarımız Pekin Olimpiadasında da uğurla yarışaraq, ölkəmizi layiqincə təmsil ediblər. M.Əliyeva son 10 ildə ölkədə idmana böyük qayğı göstərildiyini, idmanın inkişafının Azərbaycanın dövlət siyasətinin bir hissəsi olduğunu bildirib. İdmançılar artıq fondun təqaüdçüləri hesab olunurlar və hər ay mükafatlandırılacaqlar. 30-dan çoх uşaq evinin Fond tərəfindən yenidən qurulduğunu deyən M.Əliyeva idmançılara birgə layihə həyata keçirməyi təklif edib. Onlar valideyn himayəsindən məhrum olmuş uşaqlarla görüşlər keçirsin və qazandıqları uğur barədə danışsınlar. Təklif idmançılar tərəfindən razılıqla qarşılanıb.olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar