SON XƏBƏRLƏR

AZƏRBAYCAN MƏTBUATINDA DİNİ MÖVZUDA YAZILARIN SAYI ƏN YÜKSƏK HƏDDƏ ÇATIB

2021.10.20, 07:36
AZƏRBAYCAN MƏTBUATINDA DİNİ MÖVZUDA YAZILARIN SAYI ƏN YÜKSƏK HƏDDƏ ÇATIB

Gunaz.tv
AZƏRBAYCAN MƏTBUATINDA DİNİ MÖVZUDA YAZILARIN SAYI ƏN YÜKSƏK HƏDDƏ ÇATIB Avqust ayında mətbuatda dini mövzuda materialların sayı ilin əvvəlindən bəri ən yüksək həddə çatıb. Bu, Mətbuat Şurasının mətbuatda ümumi tendensiyaları müəyyənləşdirmək üçün keçirdiyi monitorinq zamanı aydınlaşıb. Şuradan «Media forum» saytına verilən məlumata görə, avqustda qəzetlərdə dini mövzuda 3304 material gedib. Əvvəlki aylarda isə göstəricilər belə olub: yanvar – 1206, fevral – 1124, mart – 1027, aprel – 1425, may – 1377, iyun – 1393, iyul – 1123. Dini mövzuda materialların artması Əbu Bəkr məscidində törədilən terror hadisəsi ilə izah edilir. Həmin terror avqustun 17-ə olub. İyul-avqust aylarında qəzetlərdə gizli mənbəyə istinad və mənbənin göstərilməməsi hallarının təxminən 70 faizi yüksək çinli dövlət məmurları haqda materiallarda qeydə alınıb. İyul-avqust aylarında monitorinqi aparılan qəzetlərdə peşə etikası qaydaları ümumilikdə 452 dəfə pozulub. Bunlardan 218-i iyulun, 234-ü isə avqustun payına düşür. Monitorinq bu qəzetlərdə aparılıb: «525-ci qəzet», «Azərbaycan», «Yeni Müsavat», «İki sahil», «Bakı xəbər», «Yeni Azərbaycan», «Azadlıq», «Respublika», «İmpuls», «Xalq qəzeti», «Səs», «Exo», «Şərq», «Paritet», «Zerkalo», «Palitra», «Ekspress», «Xalq Cəbhəsi», «Ədalət», «Olaylar», «Kaspi», «Reytinq», «Mərkəz», «Xəzər». İyul-avqust aylarında bu qəzetlərdə ümumilikdə 73343 material gedib (36617-si iyulda, 36726-sı avqustda). «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar