SON XƏBƏRLƏR

KİPRDƏ VAHİD DÖVLƏT QURULA BİLƏR

2021.10.20, 07:36
KİPRDƏ VAHİD DÖVLƏT QURULA BİLƏR

Gunaz.tv
KİPRDƏ VAHİD DÖVLƏT QURULA BİLƏR Bölünmüş adanın türk və yunan liderləri növbəti dəfə görüşdülər Dünən Kipr adasının türk və yunan liderləri adada vahid dövlət yaradılması ideyasını müzakirə etmək üçün danışıqların növbəti raundunu keçiriblər. BMT Baş katibinin Kipr üzrə xüsusi nümayəndəsinin ofisində keçirilən danışıqlarda adada yaradılması nəzərdə tutulan konfederativ dövlətlə bağlı bir sıra detallar müzakirəyə çıxarılıb. “Biz nəhayət, xalqımızın əzablarına son qoymalı və ölkəmizi birləşdirməliyik”, deyə adanın yunan lideri Dmitros Xristofiyas görüşdən əvvəl jurnalistlərə deyib. Adanın türk lideri Mehmet Əli Tələtin baş köməkçisi Ozdil Nami isə deyib ki, bu tarixi bir gündür. “Hər iki lider öz xalqına və dünyaya danışıqlara hazır olduqlarına dair ümid mesajı göndərir”. Danışıqlardan sonra Xristofiyas jurnalistlərə bildirib ki, liderlər danışıqları davam etdirməyə qərar veriblər. Onun sözlərinə görə, hazırkı danışıqlarda məqsəd Kiprdə sərhədlərin ilin sonunadək, qaldırılmasına nail olmaqdır, lakin bu hədəfə nail olmağın nə zaman mümkün olacağını demək çətindir. “Nə mən, nə də Tələt danışıqların sabah, yaxud o birisi gün konkret nəticə verəcəyini deyə bilmərik”. Tələt isə deyib ki, danışıqlar dörd illik fasilədən sonra başlayıb və bu faktın özü çox mühümdür. Onun sözlərinə görə, rəsmi Ankara adada problemin həlli yönündəki danışıqları dəstəkləyir. Bildirilir ki, Kirpdə vahid dövlət ideyası ətrafında danışıqlar bu ilin mayında başlayıb, indiyədək Xristofyas və Tələt bir neçə dəfə görüşüblər. Bu danışıqlarda bəzi irəliləyişlər əldə edilib, ancaq konfederativ dövlətin forması ilə bağlı fikir ayrılıqlarına səbəb olan çoxlu məsələ var. Digər həssas məsələ isə adadakı Türkiyə qüvvələrinin gələcək statusudur. Təhlilçilər hesab edir ki, indiki danışıqlar münaqişənin həlli üçün real şans yaradır. Sonuncu dəfə danışıqlar cəhdi 2004-cü ildə iflasa uğramışdı. O vaxt türk Kiprinin nümayəndələri münaqişənin BMT vasitəsilə həllinə səs vermişdilər. Yunan Kiprinin nümayəndələri isə bu variantın əleyhinə çıxmışdılar. Nəticədə yunan Kipri bölünmüş ada olaraq Avropa Birliyinə daxil olmuşdu. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar