SON XƏBƏRLƏR

Özbək kəşfiyyatı . Əndican hadisələrinin gizlinləri açılır

2021.10.20, 07:36
Özbək kəşfiyyatı . Əndican hadisələrinin gizlinləri açılır

Gunaz.tv
Özbək kəşfiyyatı Əndican hadisələrinin gizlinləri açılır Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı İkram Yaqubov Böyük Britaniya hökumətindən siyasi sığınacaq istəyib. "Uznews.net" informasiya xidmətinin məlumatına görə, Yaqubov bundan əvvəl 10 il Özbəkistan Xarici İşlər Nazirliyində və MTX-də çalışıb. Yaqubovun təhlükəsiz şəraitdə olduğunu qətiləşdirən "Azadlıq" radiosu dərhal onunla müsahibə dərc edib. Həmin müsahibənin iki ay ərzində hazırlandığı bildirilir. Bu müddət ərzində Yaqubovun şəxsiyyəti və verdiyi informasiya yoxlanılırmış. Keçmiş təhlükəsizlik xidməti əməkdaşı bildirib ki, Özbəkistan prezidenti İslam Kərimov xalqına qarşı böyük cinayət işlədib. Onun iddiasına görə, prezident 2005-ci ilin mayında Əndicanda baş verən hadisələr zamanı mitinqçilərə atəş açmaq əmri verib. Yaqubov bu əmrin ən azı 1,5 min adamın ölümünə səbəb olduğunu bildirib: "Kərimovun əmrini tacik polkovniki Mahmud Xudoyberdıyev yerinə yetirib. Xudoyberdıyev 1998-ci ildə Tacikistanda dövlət çevrilişi həyata keçirmək cəhdi ilə məşhurdur - onun qoşunları tankların dəstəyi ilə Özbəkistanın şimalından Tacikistana giriblər. Lakin dövlət çevrilişi cəhdi uğursuzluğa düçar olub". Xatırladaq ki, Özbəkistan hakimiyyəti həmin dövrdə çevriliş cəhdində əlinin olması ilə bağlı ittihamları rədd etmişdi. Lakin Əndican hadisələrindən sonra Xudoyberdıyev Kərimovun şəxsi mühafizəsinin rəhbəri təyin edilib. Yaqubovun versiyasına görə, polkovnikə xərçəng xəstəliyindən əziyyət çəkən 70 yaşlı İslam Kərimovun qəfil ölümü təqdirdə onun qızı Gülnarə Kərimovanı hakimiyyətə gətirmək tapşırığı verilib. Azər NURİYEV kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar