SON XƏBƏRLƏR

Buş Makkeyni prezident seçdi . 11 sentyabr hadisələrindən dərs çıxardığına görə

2021.10.20, 07:36
Buş Makkeyni prezident seçdi . 11 sentyabr hadisələrindən dərs çıxardığına görə

Gunaz.tv
Buş Makkeyni prezident seçdi 11 sentyabr hadisələrindən dərs çıxardığına görə ABŞ prezidenti Corc Buş Ağ evdən canlı bağlantıyla Minnesota ştatında qurultay keçirən Respublikaçılar Partiyası üzvlərinə müraciət edib. Prezidentin 9 dəqiqə çəkən çıxışı bir neçə dəfə alqışlarla kəsilib. Noyabrın 4-də keçiriləcək prezident seçkisində respublikaçıların namizədi olan senator Con Makkeyni müdafiə edən C.Buş onu "dahi amerikalı" və "ABŞ-ın növbəti prezidenti" adlandırıb: "O, ölkəmizi arxasınca aparmağa qadirdir". Dövlət başçısı təhlükəli dünyada yaşadıqlarını da vurğulayıb: "Bizə 11 sentyabr hadisələrindən dərs çıxaran prezident gərəkdir. ABŞ müdafiə olunmaq üçün hücumu davam etdirməlidir, zərbələri endirilməmiş dəf etməli və bizə təkrar zərbə endiriləcəyini gözləməmələdir. Bizə lazım olan adam Con Makkeyndir. Con Makkeyn ölkənin yeni prezidenti olmağa hazırdır və respublikaçıları ona səs verməyə çağırıram". Prezident əlavə edib ki, Makkeyn İraqa qoşunlar göndərilməsi zamanı qətiyyət nümayiş etdirib. ABŞ-ın birinci ledisi Lora Buş isə prezidentliyə namizədin xanımı Sindi Makkeynin tərifinə keçib və onu Amerikanı dünyada şərəflə təmsil edə biləcək xanım adlandırıb: "Mən onunla fəxr edir və hesab edirəm ki, o, həqiqətən Birləşmiş Ştatların ən gözəl siması olacaq". ABŞ-ın birinci ledisi xatırladıb ki, Sindi Makkein Ruanda, Vyetnam, Kosovo və Gürcüstan kimi ölkələrdə humanitar missiyalarla səfərdə olub. Keçmiş senator Bill Tompson isə demokratları və kütləvi informasiya vasitələrini vitse-prezidentliyə irəli sürülən Sara Peylin ailəsinə həddən artıq maraq göstərməkdə ittiham edib. Xatırladaq ki, Corc Buş "Qustav" qasırğasına görə qurultayın keçirildiyi Minnesota ştatına getməyib. Qasırğadan söz düşmüşkən, fəlakət Luiziana ştatının sahillərini sarsıtdıqdan sonra Amerikada neftin qiyməti aşağı düşüb. Neft bazarları üzrə ekspertlər ümid edirlər ki, ikinci kateqoriyaya aid olunan bu dəfəki qasırğa neft infrastrukturuna 3 il bundan əvvəlki "Katrina" və "Rita" qasırğalarından az zərər vuracaq. "Qustav"a hazırlaşarkən "BP" və "Şell" kimi neft nəhəngləri platformaları evakuasiya edərək, qurudakı köməkçi avadanlıqları bağlayıblar. Meksika körfəzində neft hasilatı demək olar ki, dayandırılıb. Bu region isə Amerikanın daxili neft ehtiyaclarının 25 faizinə qədərini təmin edir. "Qustav" qasırğasının vurduğu zərər hələ hesablanmayıb - eneryi şirkətləri bunu yalnız qasırğa yatdıqdan sonra edə biləcəklər. Lakin Amerika hökuməti bəyan edib ki, lazım gələrsə, milli fövqəladə ehtiyatlardan xam neft buraxa bilər. kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar