SON XƏBƏRLƏR

ƏBU-BƏKRDƏKİ PARTLAYIŞ PLANI XARİCDƏ HAZIRLANIB_Hacı Qamət Süleymanov: “Ən böyük təhlükə bu tutulanlar idi”

2021.10.20, 07:36
ƏBU-BƏKRDƏKİ PARTLAYIŞ PLANI XARİCDƏ HAZIRLANIB_Hacı Qamət Süleymanov: “Ən böyük təhlükə bu tutulanlar idi”

Gunaz.tv
“ƏBU-BƏKRDƏKİ PARTLAYIŞ PLANI XARİCDƏ HAZIRLANIB” Hacı Qamət Süleymanov: “Ən böyük təhlükə bu tutulanlar idi” 5646.jpg Avqustun 17-də terror aktına məruz qalan Əbu-Bəkr məscidinin imamı Hacı Qamət Süleymanovun “Turan”a müsahibəsini olduğu kimi təqdim edirik. - Məscidə qumbara atanların Çeçenistanla bağlı olduğu həqiqətdir? - Ola bilsin ki, Çeçenistanla əlaqəlidir. Ola bilər. - Qeyd etmişdiniz ki, müxalifləriniz var və bu hadisənin törədilməsində həmin müxaliflərin rolu olub. Müxalif cərəyanların arxasında isə xarici dövlətlər durur. - Bu, balaca iş deyil. Bu, burada hazırlanmayıb, xaricdə hazırlanıb, sonra Azərbaycana gəlib. - Sizin müxalifləriniz “Meşə Qardaşları”dır? - Bilirsiniz, “Meşə Qardaşları”nı düzü mən birinci dəfə eşidirəm. Əsas cihada meylli insanlardır, iddia edirlər ki, hər yerdə cihad olmalıdır. Əsas onlardır, görsənir. - İstintaqın gedişini necə qiymətləndirirsiniz? - Ancaq sevinirəm ki, canilər, quldurlar tutuldu. İnşallah, mənə elə gəlir ki, istintaqın gedişində çox şey açılacaq. - Siz hesab edirsinizmi tutulanlar hadisəni törədənlərdir? - Əgər MTN tutubsa, ola bilsin həmin adamlar etiraf edib. Bəli. Çünki belə bir ehtimal gözlənilirdi. - Siz yenə də təhlükə gözləyirsiniz? - Bilirsiniz, təhlükə hər dəqiqə ola bilər. Ancaq mənə elə gəlir ki, ən böyük təhlükə bu idi, bunlar idi. ,usavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar