SON XƏBƏRLƏR

ÇEYNİ BAKIDA OLAN SAATLARDA RUSİYA PREZİDENTİ İLHAM ƏLİYEVƏ ZƏNG VURUB

2021.10.20, 07:36
ÇEYNİ BAKIDA OLAN SAATLARDA RUSİYA PREZİDENTİ İLHAM ƏLİYEVƏ ZƏNG VURUB

Gunaz.tv
ÇEYNİ BAKIDA OLAN SAATLARDA RUSİYA PREZİDENTİ İLHAM ƏLİYEVƏ ZƏNG VURUB Sentyabrın 3-də, ABŞ vitse-prezidenti Dik Çeyni Bakıda olan saatlarda Rusiya prezidenti Dmitri Medvedyev dövlət başçısı İlham Əliyevə zəng vurub. Bu, Moskvanın Gürcüstana avqustun 8-də başlayan hərbi təcavüzündən bəri Azərbaycan prezidentinin Rusiya rəsmisiylə ilk təması olub. Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, dövlət başçıları Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin müxtəlif səviyyələrdə uğurla inkişaf etməsindən məmnun olduqlarını bildirib, yüksək səviyyədə qarşılıqlı səfərlərin ölkələr arasında əlaqələrin daha da genişlənməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıblar. Prezidentlər ikitərəfli münasibətlərin gələcəkdə də möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər. Telefon söhbəti zamanı beynəlxalq məsələlər, regionda vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar