SON XƏBƏRLƏR

Türklərin 87 faizi Gülün İrəvan səfərinin əleyhinədir

2021.10.20, 07:36
Türklərin 87 faizi Gülün İrəvan səfərinin əleyhinədir

Gunaz.tv
Türklərin 87 faizi Gülün İrəvan səfərinin əleyhinədir ankara.jpg Türkiyə prezidentinin xüsusi nümayəndəsi, bu ölkənin Azərbaycandakı keçmiş səfiri Ünal Çeviköz dünən İrəvanda Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla prezident Abdulla Gülün Yerevana səfəri ilə bağlı ətraflı müzakirə aparıb. Ermənistan xarici siyasət idarəsinin mətbuat xidməti görüş zamanı Türkiyənin Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunması ilə bağlı platforma hazırlanması təklifinin də müzakirə edildiyini açıqlayıb. Nəzərə çatdıraq ki, Abdulla Gülün səfərinə Türkiyənin iki aparıcı müxalif partiyası - Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat partiyalarının sərt münasibət bəsləyir, prezidenti bu addımdan çəkinməyə çağırır. Rəvan Məmmədli Ancaq müxtəlif holdinqlərin təsirindəki qəzetlərdə, AKP-yə yaxın "nurçulara"a məxsus mətbuatda İrəvana səfərə dəstək xarakterli yazılar işıq üzü görür. Hətta bundan Türkiyənin milli maraqları baxımından uduş əldə edəcəyi iddiasında bulunanlar da var. Türklərin mütləq əksəriyyəti Türkiyənin dövlət sərhədlərini tanımayan, "erməni soyqırım"ı iddialarını dünya parlamentlərində tanıtmaq siyasəti yürüdən, paytaxtında "soyqırım" abidəsi ucaldan, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana Abdulla Gülün getməsini doğru saymırlar. Bunu "Star" telekanalında Uğur Dundarın aparıcıcı olduğu xəbərlər proqramının sentyabrın 2-də 1 saat ərzində keçirdiyi elektron sorğu da çılpaqlığıyla ortaya qoyub. Sorğuya minlərlə türk tamaşaçı qatılıb. Onların 87 faizi Türkiyə prezidentinin İrəvana getməsinə mənfi yanaşıb. Yalnız 13 faiz Abdulla Gülün Ermənistan paytaxtına yollanmasını müsbət qiymətləndirib. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar