SON XƏBƏRLƏR

Milyarderimizin erməni sevgisi:“AST TELMAN” ERMƏNİ MÜĞƏNNİYƏ AVTOMOBİL BAĞIŞLADI

2021.10.20, 07:36
Milyarderimizin erməni sevgisi:“AST TELMAN” ERMƏNİ MÜĞƏNNİYƏ AVTOMOBİL BAĞIŞLADI

Gunaz.tv
“AST TELMAN” ERMƏNİ MÜĞƏNNİYƏ AVTOMOBİL BAĞIŞLADI Milyarderimizin erməni sevgisi Azərbaycanlı iş adamı Bakıya buraxılmayan Filipp Kirkorova “Porşe” hədiyyə etdi 1827.jpg Əyləncələri ilə ad çıxarmış Moskvada yaşayan azərbaycanlı milyonçu, AST Şirkətlər Qrupunun prezidenti Telman İsmayılov yenə də paytaxtda keçirilən elit məclislərin birində erməni mənşəli müğənni Filipp Kirkorova “Porşe” markalı bahalı avtomobil bağışlayıb. İsmayılov bunu Kirkorovun sənətinə vurğunluğu ilə izah edib. Xatırladaq ki, bir müddət əvvəl Kirkorov Bakıda konsert vermək planlaşdırırdı. Amma Azərbaycandakı etirazlardan sonra bu niyyətindən vaz keçdi. Xatırladaq ki, “AST Telman” kimi tanınan milyonçu belə jestləri ilə çoxdan ad çıxarıb. Bir vaxtlar o, öz ad gününə çağırdığı dünyaca məşhur Cenifer Lopesə 1 saatlıq çıxış üçün 2 milyon dollar ödəməklə yanaşı, qızıldan mikrofon da bağışlamışdı. Əntiq qol saatlarının kolleksiyaçısı T.İsmayılov dəyəri 80 min dollar olan saatlardan birini isə İbrahim Tatlısəsə hədiyyə etmişdi. SƏBUHİ musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar