SON XƏBƏRLƏR

Qafqazlılara qarşı yeni tələ . Rusiya KİV-i təhlükəli oyuna başlayır

2021.10.20, 07:36
Qafqazlılara qarşı yeni tələ . Rusiya KİV-i təhlükəli oyuna başlayır

Gunaz.tv
Qafqazlılara qarşı yeni tələ Rusiya KİV-i təhlükəli oyuna başlayır Dünyanın böyük güclərinın Gürcüstan məsələsini aktiv surətdə müzakirə etdiyi bir vaxtda Rusiya KIV-i yeni təxribatlara imza atmağa başlayıb. Ruslar bu dəfə Gürcüstanda yaşayan xalqlarla gürcülər arasında ixtilaf yaratmağa çalışırlar. Rusiyanın mətbuatında Gürcüstanda yaşayan xalqların hamısının üsyana qalxmalı olduğu haqqında “təhlillər” verilir. Guya onların sırasında azərbaycanlılar da var. Onlara qarşı rəsmi orqanların qanunsuzluqlar etdiyini rus jurnalist “ürək yanğısı” ilə vurğulayır. Azərbaycanlılarla yanaşı ermənilərin də hüquqlarının pozulduğunu yazan ruslar onların birləşməli olduğu ideyasını verir. Diqqət edin, azərbaycanlılar və ermənilər gürcülərə qarşı rus ssenarisi üzrə birləşməlidirlər. Adi vaxtlarda bu sərsəm ifadələrə fikir verməmək olardı. Ancaq Qafqazın bugünkü durumunda hər bir informasiya qıcıqlandırıcı təsir edə bilər. Ona görə də müəyyən izahlara ehtiyac vardır. Rusiya Qafqazda azərbaycanlılarla ermənilərin düşmən kəsilməsində çox ciddi rol oynayıb. Ruslar Azərbaycan torpaqlarının bir qismi üzərində Ermənistan yaratdı. Sonra isə müxtəlif bəhanələrlə Azrbaycanın qalan hissələrində yerləşən torpaqları ermənilərə peşkəş etdi. Gürcüstandan soydaşlarımızı Sibirə və Qazaxıstana sürgün edərək erməniləri onların yerlərinə köçürdü. Cavaxetiya deyilən problem belə yarandı. İndi isə ruslar bu əməllərini davam etdirərək zəlil günə qoyduğu xalqları bir-birinin üstünə qaldırmağa çalışır. Ermənilər çoxdan onların quludur. Əsas məsələ azərbaycanlıları, acarları, menqrelləri gürcülərlə düşmən etməkdir. Bununla əslində Rusiyanın Qafqazı parçalamaq siyasəti yeni mərhələyə qalxmış olur. Şimali Qafqazda xalqlar arasında ziddiyyətləri yüksək səviyyəyə qaldırıb. Güney Qafqazda da eyni işləri görməklə ruslar bəyük ölçüdə çaxnaşma salır. Burada onun dövlətlər səviyyəsində təxribat törətmək planının olduğunu da düşünmək olar. Rusiya açıqca Azərbaycana qarşı Gürcüstanın səmimi davranmadığını ortaya atır. Guya gürcülər orada yaşayan azərbaycanlılara qarşı ayrı-seçkilik etməklə Azərbaycanla strateji tərəfdaşlığın şərtlərinə əməl etmir. Ona görə də orada yaşayan azərbaycanlılar rəsmi Tbilisiyə qarşı çıxmaqda ermənilərlə bir yerdə olmalıdırlar. Burada əsas niyyətləri məlum olur. Ruslar əsas olaraq Cavaxetiyadakı ermənilərin ayağa qalxmasını iastədiklərini ifadə edirlər. Bunun üçün iki arqument irəli sürürlər. Birincisi, rəsmi Tbilisi ermənilərin haqlarını tapdalayır. İkincisi, Ahıska türklərini öz yurdlarına qaytarır. Bu da ermənilərin istəmədiyi bir məsələdir. Hər iki punktda Ermənistan Cavaxetiya ermənilərini aktiv dəstəkləyir. Dolayısı ilə Rusiyanın da dəstəyini alır. Bunlar onu göstərir ki, Rusiyanın əsas məqsədlərindən biri Cavaxetiyada aranı qatıb, erməniləri ayağa qaldırmaq və nəticədə enerji marşrutlarının yolunu kəsməkdən ibarətdir. Bu isə Gürcüstanla yanaşı Qərbin də geosiyasi planlarını puç etmək deməkdir. Gözləmək olar ki, rəsmi Moskva bu istiqamətdə fəaliyyətini davam edirəcək. Cavaxetiyada erməniləri ayağa qaldırmaqla Qafqazı tamam qarışdırmaq mümkün olacaq. Bütün bunların fonunda Dmitri Medvedyevin Ermənistanın dövlət başçısını Rusiyaya dəvət etməsi çox maraqlı görünür. Görüş Kollektiv Müdafiə Müqaviləsi Təşkilatının Moskva toplantısı ərəfəsində keçirilir. Bu toplantıda Rusiya təşkilatdakı həmkarlarından Gürcüstanla bağlı qəti mövqe bildirməyi istəyəcək. “Şanxay Klubu” üzvlərindən ala bilmədiyi dəstəyi KTMT üzvlərindən almağa çalışacaq. Buna görə də Ermənistan çox çətin duruma düşüb. Gürcüstana qarşı onun təxribatçı davranmasını Qərb bağışlamaz. O biri tərəfdən də Rusiyanın təzyiqləri güclənir. Bu vəziyyətdə Ermənistan qurban kimi Cavaxetiyanı ortaya ata bilər. Rusiyanın Qafqaz xalqlarını bir-birinə düşmən etməsi bir neçə əsrdir ki, davam edir. Bu dəfə daha böyük miqyaslarda fəlakətlər ola bilər. Ona görə də qafgazlıların ehtiyatlı olması vacibdir. Azərbaycanlılar tarixən Qafqazın ən ayıq düşünən xalqı olub. Lakin ona qarşı təxribatlar törətməklə çətin vəziyyətə salmağa çalışıblar. Ermənilər bu mənfi rollarından imtina etsələr, Qafqaz bütövlükdə bəlalardan qurtarmaq şansı əldə edər. Zatən rusların da aranı qatmaq şansları xeyli azalar. Orxan Güneyli olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar