SON XƏBƏRLƏR

AVROPA PARLAMENTİ DƏ RUSİYANI CƏZALANDIRMAQ İSTƏMƏDİ. QURUMUN BƏYANNAMƏSİNDƏ GÜRCÜSTAN DA QINANDI

2021.10.20, 07:36
AVROPA PARLAMENTİ DƏ RUSİYANI CƏZALANDIRMAQ İSTƏMƏDİ. QURUMUN BƏYANNAMƏSİNDƏ GÜRCÜSTAN DA QINANDI

Gunaz.tv
AVROPA PARLAMENTİ DƏ RUSİYANI CƏZALANDIRMAQ İSTƏMƏDİ. QURUMUN BƏYANNAMƏSİNDƏ GÜRCÜSTAN DA QINANDI az-avropaparlamenti-1-1.jpg Avropa Birliyinin ali qanunverici orqanı olan Avropa Parlamenti bu gün Gürcüstandakı vəziyyətlə bağlı bəyannamə qəbul edib. «Media forum» saytının Rusiya mediasının xəbərlərinə əsaslanan məlumatına görə, sənədin lehinə 549, əleyhinə 68 deputat səs verib. Deputatların böyük çoxluğu Rusiya əleyhinə ciddi cəza tədbirlərinin görülməsinə etiraz edib. Bəyannamədə Cənubi Osetiyaya hücuma görə Gürcüstan prezidenti Mixail Saakaşvilinin cavabdeh olduğu da vurğulanıb. Ancaq bəyannamədə Gürcüstana dəstək də ifadə olunur və Rusiyanın hərəkətləri qınanır. Cənubi Osetiyada və Abxaziyadakı situasiyanı güc və zorakılıq vasitəsilə dəyişməyə cəhdin tənqid olunduğu sənəddə dinc əhalinin ölümündə günahkar olanların müəyyənləşdirilməsi üçün müstəqil beynəlxalq araşdırma aparılmasının vacibliyi vurğulanır. Sənəddə göstərilir ki, avqustun 8-də gecə Gürcüstan ordusu gözlənilmədən artilleriyadan atəş açmaqla Sxinvaliyə hücuma keçib. Rusiya KİV-lərinin daha bir məlumatına görə, Avropa Parlamentinin sənədində ilk dəfə olaraq qeyd edilir ki, Gürcüstan rəhbərliyi Cənubi Osetiyadakı genişmiqyaslı əməliyyatlar üçün cavabdehlik daşıyır. Şərqi Avropadan və Baltikyanı ölkələrdən olan parlamentarların Rusiyanı cəzalandırmaq, o cümlədən 2014-cü il qış olimpiya oyunlarının Soçidə keçirilməsi qərarına yenidən baxılması, Avropa Birliyi-Rusiya sammitinin təxirə salınması, beynəlxalq sülhməramlıların Gürcüstan ərazisində yerləşdirilməsi ilə bağlı BMT-yə çağırış, Rusiya vətəndaşlarının Avropa Birliyinə üzvü ölkələrə viza almasının məhdudlaşdırılması ilə bağlı düzəlişlər isə qəbul olunmayıb. Bununla belə, avropalı parlamentarlar Cənubi Osetiyadakı hərbi əməliyyatlarla bağlı tezliklə beynəlxalq ekspert qrupunun araşdırma aparmasına razılıq verib. Missiyanın məqsədi baş vermiş hadisələrin əsas səbəblərini və günahkarları aşkar etmək olacaq. Avropa Parlamenti bütün zəruri vasitələrlə Cənubi Qafqazdan Avropaya tərəf yönələn tranzit enerji dəhlizini qorumağa hazır olduğunu da bəyan edib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar