SON XƏBƏRLƏR

Abdullah Gül İrəvana gedəcək

2021.10.20, 07:36
Abdullah Gül İrəvana gedəcək

Gunaz.tv
Abdullah Gül İrəvana gedəcək 20080904100904_1.jpg Rəsmi Ankaranın prezident Abdullah Gülün Ermənistana səfəri ilə bağlı yekun qərarı açıqlanıb. Jurnalistlərin "Çankaya" köşkündən vürdiyi ən son məlumatlara görə, rəsmi Ankara Ermənistan prezidenti Serj Sarkisyanın dəvətinə müsbət cavab verib. Beləliklə, Türkiyə prezidenti Abdullah Gül sentyabrın 6-da İrəvana səfər edəcək və futbol üzrə dünya çempionatının seçmə mərhələsində Ermənistan və Türkiyə yığmalarının oyununu izləyəcək. Türkiyənin Kanal D telekanalının məlumatına görə, Abdullah Gül İrəvanda cəmi bir neçə saat olacaq və yığmaların qarşılaşmasından dərhal sonra Ankaraya qayıdacaq.Qeyd edək ki, səfərə hazırlıqla bağlı bu gün İrəvana getmiş nümayəndə heyəti şənbə gününə qədər İrəvanda qalacaq və Abdullah Gülü İrəvanda qarşılayacaq. Nümayəndə heyətinə Türkiyənin Azərbaycandakı keşmiş səfiri Əhməd Ünal Çeviköz rəhbərlik edir. ANS PRESS

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar