SON XƏBƏRLƏR

NATO Gürcüstan səmasını nəzarətə götürdü

2021.10.20, 07:36
NATO Gürcüstan səmasını nəzarətə götürdü

Gunaz.tv
NATO Gürcüstan səmasını nəzarətə götürdü 20080904101025_1.gif NATO Gürcüstan səmasını nəzarətə göturub. Gürcüstan hava əlaqəsinə nəzarət sistemi NATO-nun anoloji sisteminə qoşulub. Bu, alyansın gürcü radarlarından məlumat almasına imkan verəcək. NATO-nun mətbuat katibi Ceyms Appaturai bildirib ki, Gürcüstanın hava nəzarəti sistemi döyüş əməliyyatları zamanı ciddi şəkildə dağıdılıb: “Tiflisin radarların bərpa edilməsi xahişini yerinə yetirmək üçün bir qədər vaxt tələb olunacaq”. Qeyd edək ki, Gürcüstanın NATO-nun hava məkanında vəziyyətlə bağlı məlumat mübadiləsi sisteminə qoşulması barədə hələ 2008-ci ilin martında qərar qəbul olunub. Rəsmi Tiflis bildirir ki, müasir nəzarət sistemlərindən istifadə edilməsi ölkənin hava makının pozulması faktlarını daha dəqiq müəyyən etməyə imkan verəcək. lent.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar