SON XƏBƏRLƏR

Rusiya Əfqanıstanla bağlı NATO ilə əməkdaşlığı dayandıra bilər

2021.10.20, 07:36
Rusiya Əfqanıstanla bağlı NATO ilə əməkdaşlığı dayandıra bilər

Gunaz.tv
Rusiya Əfqanıstanla bağlı NATO ilə əməkdaşlığı dayandıra bilər 20080904101326_1.jpg Rəsmi Moskva, NATO ilə Əfqanıstan üzrə əməkdaşlığa son qoya bilər. Bunu Rusiyanın NATO-dakı daimi nümayəndəsi Dmitri Roqozin deyib. O, bu gün Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib ki, bu barədə qərar alyansın Cənubi Qafqazdakı vəziyyətlə bağlı tutduğu mövqedə asılı olacaq: «NATO rəhbərliyinin sözləri və əməlləri bizə xoş gəlmir».Onun sözlərinə görə, NATO Cənubi Osetiya və Abxaziyaya yeni hücum üçün Saakaşvili rejimini silahlandırır. ANS PRESS ------------------------------------------------------------------- ABŞ Gürcüstana 1 milyard dollar ayırdı ABŞ dövlət katibi Kondoliza Rays Gürcüstana 1 milyard dollar yardım ayırdıqlarını bəyan edib. Bu yardımın yarıdan çoxu (570 milyon dollar) Gürcüstana 2008-ci ilin sonuna qədər daxil olacaq. Vəsait iqtisadiyyatın bərpasına, eləcə də humanitar yardım göstərilməsinə xərclənəcək. Rays onu da qeyd edib ki, bu pullar Gürcüstana hərbi kömək göstərilməsi üçün nəzərdə tutulmayıb: “Hərbi kömək göstərilməsi zamanı hələ yetişməyib”. Vəsaitin ikinci hissəsi 2009-cu ilin yanvarında hazırkı administrasiyanı əvəz edəcək yeni ABŞ rəhbərliyi tərəfindən ödəniləcək. lent.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar