SON XƏBƏRLƏR

Saakaşvili Medvedyev üçün mövcud deyil . Rusiya prezidenti gürcü həmkarını "siyasi meyit" adlandırdı

2021.10.20, 07:36
Saakaşvili Medvedyev üçün mövcud deyil . Rusiya prezidenti gürcü həmkarını "siyasi meyit" adlandırdı

Gunaz.tv
Saakaşvili Medvedyev üçün mövcud deyil Rusiya prezidenti gürcü həmkarını "siyasi meyit" adlandırdı Rusiya prezidenti Dmitri Medvedyev Gürcüstan prezidenti Mixail Saakaşvilinin administrasiyasını legitim saymadığı barədə sensasion açıqlama verib. Prezident İtaliya mətbuatına müsahibəsində bildirib ki, Rusiya Mixail Saakaşviliyə artıq mövcud olmayan "siyasi meyit" kimi baxır: "Dünya birliyi Cənubi Osetiyada döyüşlərin kimin birinci başladığını yadda saxlamalıdır". Avropa Birliyinin sammitinə toxunan Dmitri Medvedyev bildirib ki, Rusiyaya qarşı sanksiyaların qəbul edilməməsi sammitdə sağlam düşüncənin qalib gəldiyini göstərir. O, AB-nin hələ də Rusiyanın mövqeyini başa düşməməsindən təəssüfləndiyini bildirib. İki ölkə arasında artıq diplomatik münasibətlər də yox səviyyəsinə düşüb. Belə ki, Gürcüstanın Rusiyadakı səfirliyi dünəndən öz işini dayandırıb. Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyanın ölkədəki nümayəndəsi Andrey Smaqaya iki ölkə arasında diplomatik əlaqələrin kəsildiyi barədə rəsmi nota təqdim edib. A.Smaqa qeyd edib ki, diplomatların və onların ailə üzvlərinin Gürcüstanı nə zaman tərk edəcəkləri, eləcə də mülkiyyət və təsərrüfat məsələləri yaxın müddətdə hüquqşünaslar tərəfindən müzakirə olunacaq. Gürcüstan, həmçinin Rusiya hərbçilərinin olduğu ərazilərdə fövqəladə vəziyyət reyimi tətbiq etməyə hazırlaşır. Bununla bağlı qərar Gürcüstan parlamentinin növbədənkənar sessiyasında qəbul oluna bilər. Paralel olaraq Gürcüstan ərazisində elan edilən hərbi vəziyyət də ləğv olunacaq. Parlamentin yaxın iclaslarından birində isə Abxaziya və Cənubi Osetiyanın işğal edilmiş ərazilər elan edilməsi ilə bağlı xüsusi qanun layihəsi nəzərdən keçiriləcək. İki ölkə arasında münaqişənin nizamlanması üçün bir sıra nüfuzlu dövlət başçıları vasitəçilik təklifləri ilə çıxış ediblər. Artıq Qazaxıstan Qafqazdakı vəziyyətin həll edilməsi üçün vasitəçi olmağa hazır olduğunu açıqlayıb. "Novosti-Qruziya" agentliyinin məlumatına görə, belə bir bəyanatla Qazaxıstan prezidenti Nursultan Nazarbayev çıxış edib. O, məsələnin Gürcüstan və Rusiya, Abxaziya və Cənubi Osetiya, xüsusən də Avropa Birliyi və Rusiya arasında danışıqlarla həll edilməsinin qeyri-mümkün olduğunu vurğulayıb: "Prosesə beynəlxalq təşkilatları, Avropa Birliyini, ABŞ-ı, Rusiyanı və Gürcüstanı qoşmaq lazımdır. Əgər Qazaxıstan bütün tərəflər üçün müvafiq dövlət kimi qəbul edilsə, biz vasitəçi kimi çıxış etməyə hazırıq". N.Nazarbayev Rusiyanın fəaliyyətini də dəstəkləyib: "Biz Rusiyanın regionda qan tökülməsinin qarşısını almaq üçün gördüyü tədbirləri anlayırıq. Hesab edirəm ki, danışıqlar masası arxasına oturmağı təklif edən Avropa Birliyinin son qərarı balanslaşdırılmış yanaşmadır. Biz bunu alqışlayırıq". Qərb ölkələri bu arada Cənubi Osetiya münaqişəsi zamanı ciddi zərbə alan Gürcüstana maddi kömək göstərmək qərarına gəliblər. "The Wall Sreet Yournal" qəzetinin məlumatına görə, maddi kömək Mixail Saakaşvili hökumətinin hakimiyyətdə qalmasına yardım etməlidir. Beynəlxalq Valyuta Fondu bu həftə keçiriləcək toplantısında Gürcüstana 750 milyon dollarlıq kredit açılması barədə qərar qəbul edəcək. ABŞ və Avropa isə 2 milyard dollarlıq yardım paketi ayırmağa hazırlaşır. Bu kömək Gürcüstanın iqtisadi stabilliyində vacib rol oynayan xarici investorları sakitləşdirmək və dağılmış infrastrukturu bərpa etmək üçün ayırılır. Azər NURİYEV kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar