SON XƏBƏRLƏR

Abdulla Gülün Yerevan səfəri... Qabil Hüseynli: "Türkiyə bunu Avropa Birliyi qarşısında götürdüyü öhdəliyə görə edir"

2021.10.20, 07:36
Abdulla Gülün Yerevan səfəri... Qabil Hüseynli: "Türkiyə bunu Avropa Birliyi qarşısında götürdüyü öhdəliyə görə edir"

Gunaz.tv
Abdulla Gülün Yerevan səfəri... Qabil Hüseynli: "Türkiyə bunu Avropa Birliyi qarşısında götürdüyü öhdəliyə görə edir" Türkiyə prezidenti Abdullah Gülün İrəvan səfəri rəsmən təsdiqləndi. Qonşu ölkədə həm hakim partiya, həm də müxalifəti düşündürən bu məsələ Azərbaycanı düşündürməyə bilməz. Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli nə zamansa Ermənistanın Türkiyə ilə münasibətlərini normallaşdırmağa çalışacağını bildirib. Onun sözlərinə görə, münasibətlərin normallaşdırılması isə doğru zamanda seçilməyib: "Rusiyanın Gürcüstana təcavüzünün hələ ortada qaldığı vaxtda Abdullah Gülün İrəvana futbol tamaşasına getməsi regionda hökm sürən ab-hava ilə üst-üstə düşmür". Qabil Hüseynli Türkiyə kimi regional gücün Ermənistan kimi kiçik bir dövlətin ayağına getməsini diplomatik etiketlər baxımından da fərqli yorumlara səbəb olduğunu bildirib. O, Türkiyənin bu addımını Avropa Birliyi qaşısında götürdüyü öhdəliyə görə etdiyini də diqqətə çatdırıb. Türkiyənin Ermənistanı Rusiyanın əlindən almaq gücündə olduğunu bildirən Qabil Hüseynli bununla da Ermənistanın Qərbə inteqrasiya edəcəyini deyib: "Türkiyə regional güc kimi Ermənistan üzərində öz təsirini hiss etdirməli idi. Çünki Türkiyəyə istər Avropadan, istərsə də ABŞ-dan müxtəlif təzyiqlər var. Qərbin qarşısında duran mühüm məsələlərdən biri Ermənistanı Rusiyanın caynağından dartıb qurtarmasıdır. Orada belə hesab edirlər ki, Ermənistanla Qərbin ticarət əlaqələri güclənsə, ilk növbədə Türkiyənin sərhəd boyu ticarət əlaqələri genişlənsə Ermənistan Qərb həyat tərzinin yaratdığı şəraiti görərək Rusiyadan uzaqlaşa bilər. Bununla da Rusiyanın Ermənistan uzərində təsirini zəiflətmək olar". Səfərin pozitiv yönlərini qeyd edən politoloq bu səfərin Türkiyəni Minsk qrupuna daşıma gücündə olduğunu vurğulayıb: "İnanıram ki, bu səfər 2 dövlət arasında müəyyən mülayimləşməyə yol açacaq. Bununlada Türkiyə Ermənistan üzərində müəyyən rıçaqlar qazanacaq. Məsələn, ABŞ bəyan edib ki, onlar Minsk qrupunda Rusiya ilə birgə işləyə bilməzlər. Bu onu deməyə əsas verir ki, yaxın zamanda Minsk qrupunun formatı dəyişdiriləcək. Türkiyə prezidentinin bu səfəri erməniləri müəyyən mənada yumşalda bilsə, onda Minsk qrupunda həmsədr dövlət kimi Türkiyənin fəaliyyət göstərməsi asanlaşacaq. Bu da bizim xeyrimizə olan haldır". Sonda Qabil Hüseynli Azərbaycana da zərər gəlməyəcəyini və səfərin Dağlıq Qarabağ probleminin həllinə müsbət təsir göstərəcəyini deyib. ("OLAYLAR")İA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar