SON XƏBƏRLƏR

Ukraynasayağı boşanma.Timoşenko Yuşşenkonu ataraq Yanukoviçlə dostlaşıb

2021.10.20, 07:36
Ukraynasayağı boşanma.Timoşenko Yuşşenkonu ataraq Yanukoviçlə dostlaşıb

Gunaz.tv
Ukraynasayağı boşanma Timoşenko Yuşşenkonu ataraq Yanukoviçlə dostlaşıb Ukraynada hakim koalisiya dağılıb. Prezidentlə baş nazir arasında qalmaqal "narıncı koalisiya"nın dağılmasına gətirib çıxarıb. Gərginlik bu dəfə də Ali Radanın sessiyasından başlayıb. Prezidentin sessiyada çıxış edəcəyi bildirilsə də, o, parlamentin iclasına qatılmayıb. Zala gözlənilmədən baş nazir Yuliya Timoşenko daxil olub. Deputatlar arasında intriqa uzun müddət davam edib. Deputat Vladimir Litvin bildirib ki, prezident çıxışı üçün problem yaranacağından ehtiyat edərək iclasa gəlməyib. "Yuliya Timoşenko Bloku"nun fraksiya lideri İvan Kirilenko həmkarlarına həlli vacib iqtisadi məsələlərin müzakirəsini təklif etsə də, "Bizim Ukrayna" və "Xalq Özünümüdafiəsi" fraksiyaları bununla razılaşmayıblar. Onlar baş nazirin tərəfdarlarını Cənubi Osetiya və Abxaziya ilə bağlı layihəni dəstəkləməyə çağırıblar. Lakin Yuliya Timoşenko tərəfdarları buna etiraz ediblər. Onların əsas tələbi sırasına, həmçinin prezident Viktor Yuşşenkonun və administrasiyanın rəhbəri Viktor Baloqanın baş nazir Yuliya Timoşenkonu dövləti xəyanətdə ittiham etdiyinə görə üzr istəməsi də daxil olub. Xatırladaq ki, Viktor Baloqa bəyan edib ki, "Yuliya Timoşenko Bloku" və Regionlar Partiyası faktiki olaraq dövlət çevrilişi etməyə hazırlaşırlar. O, çevriliş planının sabiq prezident Leonid Kuçmanın administrasiya rəhbəri Viktor Medvedçuk tərəfindən hazırlandığını bildirib və bu planın Moskvanın himayəsi altında həyata keçirildiyini vurğulayıb. Ali Radada yaşanan gərginlik "narıncı koalisiya"nın dağılması ilə nəticələnib. "Kommersant" qəzetinin məlumatına görə, koalisiyaya daxil olan "Bizim Ukrayna" fraksiyası "Yuliya Timoşenko bloku"ndan ayrılmaq barədə qərar qəbul edib. Qərarın lehinə 39 deputat səs verib. "Bizim Ukrayna" ilə bir yerdə "Bizim Ukrayna - Xalq Özünümüdafiəsi" blokuna daxil olan "Xalq Özünümüdafiəsi" qrupu isə hakim koalisiyanı tərk etməkdən imtina edib. "Xalq Özünümüdafiəsi" fraksiyasının bəyanatında qeyd edilir ki, koalisiyanın dağılması "maxinasiya" nəticəsində mümkün olub. Deputat qrupu bundan sonra da qərarların qəbulu zamanı "Yuliya Timoşenko bloku" ilə məsləhətləşəcəyini bildirib. "Xalq Özünümüdafiəsi" qrupuna 17 deputat daxildir. Koalisiyanın dağılması "Yuliya Timoşenko bloku"nun müxalifətdə olan Regionlar Partiyası fraksiyası ilə birləşərək bir sıra qərarlar qəbul etməsinə səbəb olub. Həmın qərarlar prezident Viktor Yuşşenkonun səlahiyyətlərini xeyli məhdudlaşdırır. "Bizim Ukrayna" fraksiyasının lideri Yuri Kostenko isə qeyd edib ki, Konstitusiyaya uyğun olaraq 30 gün ərzində yeni koalisiya formalaşdırılmalıdır. Əks halda Ali Rada buraxılacaq. Ali Rada Abxaziya və Cənubi Osetiyanin müstəqilliyini tanimaq barədə kommunistlərin təklifini də qəbul etməyib. "İnterfaks" agentliyinin yaydığı məlumata görə, təklifi cəmi 167 millət vəkili dəstəkləyib. Radanın yay tətilindən sonrakı ilk iclasında Rusiya-Gürcüstan münaqişəsi ilə bağlı ümumilikdə 10 layihə qeydiyyatdan keçsə də, onların heç biri qəbul olunmayıb. Amma Regionlar Partiyasının Ukraynanın Gürcüstana silah satmasını araşdıracaq komissiya yaratmaq təklifinə müsbət cavab verilib. Ukrayna hökumətinin iclasını isə "Bizim Ukrayna" və "Xalq Özünümüdafiə" fraksiyasından olan nazirlər tərk edib. Baş nazirin birinci müavini İvan Vasilyukun sözlərinə görə, bu, "Yuliya Timoşenko Bloku"nun parlamentdə öz koalisiya öhdəliklərini yerinə yetirməməsiylə bağlıdır. O qeyd edib ki, Timoşenko blokunun Regionlar fraksiyası ilə birlikdə bəzi sənədlərə səs verməsi koalisiyanın dağılması ilə nəticələnib. Hakim fraksiya hökumətdə 10 nazirlə təmsil olunur. Son məlumatlara görə, prezident Regionlar Partiyası və Kommunist Partiyasını ölkədə dövlət çevrilişi həyata keçirməkdə günahlandırıb. Onun sözlərinə görə, Radada Yuliya Timoşenko bloku, kommunistlər və Viktor Yanukoviçin Regionlar Partiyası tərəfindən yeni koalisiya yaranıb. Prezident bildirib ki, kommunistlər və Yanukoviç tərəfdarları antikonstitusion qanunu bərpa etməyə nail olublar: "Bu qayda baş nazirin diktaturasına yol açır". Timoşenko Yuşşenkonu ataraq Yanukoviçlə dostlaşıb Ukraynada hakim koalisiya dağılıb. Prezidentlə baş nazir arasında qalmaqal "narıncı koalisiya"nın dağılmasına gətirib çıxarıb. Gərginlik bu dəfə də Ali Radanın sessiyasından başlayıb. Prezidentin sessiyada çıxış edəcəyi bildirilsə də, o, parlamentin iclasına qatılmayıb. Zala gözlənilmədən baş nazir Yuliya Timoşenko daxil olub. Deputatlar arasında intriqa uzun müddət davam edib. Deputat Vladimir Litvin bildirib ki, prezident çıxışı üçün problem yaranacağından ehtiyat edərək iclasa gəlməyib. "Yuliya Timoşenko Bloku"nun fraksiya lideri İvan Kirilenko həmkarlarına həlli vacib iqtisadi məsələlərin müzakirəsini təklif etsə də, "Bizim Ukrayna" və "Xalq Özünümüdafiəsi" fraksiyaları bununla razılaşmayıblar. Onlar baş nazirin tərəfdarlarını Cənubi Osetiya və Abxaziya ilə bağlı layihəni dəstəkləməyə çağırıblar. Lakin Yuliya Timoşenko tərəfdarları buna etiraz ediblər. Onların əsas tələbi sırasına, həmçinin prezident Viktor Yuşşenkonun və administrasiyanın rəhbəri Viktor Baloqanın baş nazir Yuliya Timoşenkonu dövləti xəyanətdə ittiham etdiyinə görə üzr istəməsi də daxil olub. Xatırladaq ki, Viktor Baloqa bəyan edib ki, "Yuliya Timoşenko Bloku" və Regionlar Partiyası faktiki olaraq dövlət çevrilişi etməyə hazırlaşırlar. O, çevriliş planının sabiq prezident Leonid Kuçmanın administrasiya rəhbəri Viktor Medvedçuk tərəfindən hazırlandığını bildirib və bu planın Moskvanın himayəsi altında həyata keçirildiyini vurğulayıb. Ali Radada yaşanan gərginlik "narıncı koalisiya"nın dağılması ilə nəticələnib. "Kommersant" qəzetinin məlumatına görə, koalisiyaya daxil olan "Bizim Ukrayna" fraksiyası "Yuliya Timoşenko bloku"ndan ayrılmaq barədə qərar qəbul edib. Qərarın lehinə 39 deputat səs verib. "Bizim Ukrayna" ilə bir yerdə "Bizim Ukrayna - Xalq Özünümüdafiəsi" blokuna daxil olan "Xalq Özünümüdafiəsi" qrupu isə hakim koalisiyanı tərk etməkdən imtina edib. "Xalq Özünümüdafiəsi" fraksiyasının bəyanatında qeyd edilir ki, koalisiyanın dağılması "maxinasiya" nəticəsində mümkün olub. Deputat qrupu bundan sonra da qərarların qəbulu zamanı "Yuliya Timoşenko bloku" ilə məsləhətləşəcəyini bildirib. "Xalq Özünümüdafiəsi" qrupuna 17 deputat daxildir. Koalisiyanın dağılması "Yuliya Timoşenko bloku"nun müxalifətdə olan Regionlar Partiyası fraksiyası ilə birləşərək bir sıra qərarlar qəbul etməsinə səbəb olub. Həmın qərarlar prezident Viktor Yuşşenkonun səlahiyyətlərini xeyli məhdudlaşdırır. "Bizim Ukrayna" fraksiyasının lideri Yuri Kostenko isə qeyd edib ki, Konstitusiyaya uyğun olaraq 30 gün ərzində yeni koalisiya formalaşdırılmalıdır. Əks halda Ali Rada buraxılacaq. Ali Rada Abxaziya və Cənubi Osetiyanin müstəqilliyini tanimaq barədə kommunistlərin təklifini də qəbul etməyib. "İnterfaks" agentliyinin yaydığı məlumata görə, təklifi cəmi 167 millət vəkili dəstəkləyib. Radanın yay tətilindən sonrakı ilk iclasında Rusiya-Gürcüstan münaqişəsi ilə bağlı ümumilikdə 10 layihə qeydiyyatdan keçsə də, onların heç biri qəbul olunmayıb. Amma Regionlar Partiyasının Ukraynanın Gürcüstana silah satmasını araşdıracaq komissiya yaratmaq təklifinə müsbət cavab verilib. Ukrayna hökumətinin iclasını isə "Bizim Ukrayna" və "Xalq Özünümüdafiə" fraksiyasından olan nazirlər tərk edib. Baş nazirin birinci müavini İvan Vasilyukun sözlərinə görə, bu, "Yuliya Timoşenko Bloku"nun parlamentdə öz koalisiya öhdəliklərini yerinə yetirməməsiylə bağlıdır. O qeyd edib ki, Timoşenko blokunun Regionlar fraksiyası ilə birlikdə bəzi sənədlərə səs verməsi koalisiyanın dağılması ilə nəticələnib. Hakim fraksiya hökumətdə 10 nazirlə təmsil olunur. Son məlumatlara görə, prezident Regionlar Partiyası və Kommunist Partiyasını ölkədə dövlət çevrilişi həyata keçirməkdə günahlandırıb. Onun sözlərinə görə, Radada Yuliya Timoşenko bloku, kommunistlər və Viktor Yanukoviçin Regionlar Partiyası tərəfindən yeni koalisiya yaranıb. Prezident bildirib ki, kommunistlər və Yanukoviç tərəfdarları antikonstitusion qanunu bərpa etməyə nail olublar: "Bu qayda baş nazirin diktaturasına yol açır". kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar