SON XƏBƏRLƏR

GÜNEYdə milli hərəkatın daha 3 fəalının məhkəmə prosesi keçirilib

2021.10.20, 07:36
GÜNEYdə milli hərəkatın daha 3 fəalının məhkəmə prosesi keçirilib

Gunaz.tv
İranda milli hərəkatın daha 3 fəalının məhkəmə prosesi keçirilib Bakı. Ramil Məmmədli – APA. İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi ilə bağlı hərəkatın fəallarından 3 nəfər barəsində məhkəmə prosesi keçirilib. İrandakı mənbələrdən APA-ya verilən məlumata görə, Xoy İnqilab Məhkəməsinə çağırılan Əli Hüseynnejat (Savalan) pantürkist fəaliyyətdə, Güney Azərbaycan Milli Oyanış Hərəkatı ilə əməkdaşlıqda ittiham olunub. Ə. Hüseynnejat məhkəmənin qərarı ilə 1 il müddətinə azadlıqdan məhrum edilib, ona məxsus kompyuter və bəzi şəxsi əşyalar müsadirə olunub. Maku sakini Məhəmməd Nəsiriyə də oxşar məzmunlu ittiham irəli sürülüb və onun barəsində 6 ay həbs-qətimkan tədbiri seçilib. Sabir Beytullahi isə məhkəməyə çağırılıb və 2 il öncə ona qarşı irəli sürülən ittihama yenidən baxılıb. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar