SON XƏBƏRLƏR

Ukrayna Ali Radası Abxaziya və Cənubi Osetiyanin müstəqilliyini tanımaq barədə kommunistlərin təklifini qəbul etməyib

2021.10.20, 07:36
Ukrayna Ali Radası Abxaziya və Cənubi Osetiyanin müstəqilliyini tanımaq barədə kommunistlərin təklifini qəbul etməyib

Gunaz.tv
Ukrayna Ali Radası Abxaziya və Cənubi Osetiyanin müstəqilliyini tanımaq barədə kommunistlərin təklifini qəbul etməyib ali_rada_ukrayna25_12_2007.jpgA Təklifi cəmi 167 millət vəkili dəstəkləyib Ukrayna Ali Radası Abxaziya və Cənubi Osetiyanin müstəqilliyini tanimaq barədə kommunistlərin təklifini qəbul etməyib. “İnterfaks” agentliyinin yaydığı məlumata görə, təklifi cəmi 167 millət vəkili dəstəkləyib. Qeyd edək ki, Radanın yay tətilindən sonrakı ilk iclasında Rusiya-Gürcüstan münaqişəsi ilə bağlı ümumilikdə 10 layihə qeydiyyatdan keçsə də, onların heç biri qəbul olunmayıb. Amma Regionlar partiyasının Ukraynanın Gürcüstana silah satmasını araşdıracaq komissiya yaratmaq təklifinə müsbət cavab verilib. Ukrayna hökumətinin iclasında isə Bizim Ukrayna Xalq Özünümüdafiə fraksiyasindan olan nazirlər iclası tərk edib. Baş nazirin 1-ci müavini İvan Vasilyukun sözlərinə görə, bu Yuliya Timoşenko Blokunun parlamentdə öz koalisiya öhdəliklərini yerinə yetirməməsiylə bağlıdır. O, qeyd edib ki, Timoşenko blokunun Regionlar fraksiyası ilə birlikdə bəzi sənədlərə səs verməsi koalisiyanın dağılması ilə nəticələnib. Qeyd edək ki, hakim fraksiya hökumətdə 10 nazirlə təmsil olunur./ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar