SON XƏBƏRLƏR

Viktor Yuşşenko: “Regionlar Partiyası və Kommunist Partiyası Ukraynada dövlət çevrilişi həyata keçiriblər”

2021.10.20, 07:36
Viktor Yuşşenko: “Regionlar Partiyası və Kommunist Partiyası Ukraynada dövlət çevrilişi həyata keçiriblər”

Gunaz.tv
Viktor Yuşşenko: “Regionlar Partiyası və Kommunist Partiyası Ukraynada dövlət çevrilişi həyata keçiriblər” yushenko230508.jpg Kiyev-APA. “Regionlar Partiyası və Kommunist Partiyası ölkədə dövlət çevrilişi həyata keçirib”. APA-nın məlumatına görə, bu bəyanatla Ukrayna prezidenti Viktor Yuşşenko çıxış edib. Onun sözlərinə görə, Ali Radada Yuliya Timoşenko Bloku, Regionlar Partiyası və Kommunist Partiyasından olan deputatların iştirakı ilə yeni koalisiya formalaşıb. Koalisiya üzvləri prezidentə qarşı impiçment prosedurunun başlanması və onun səlahiyyətlərinin məhdudlaşdırılması barədə razılığa gəliblər. Qeyd edək ki, hakim koalisiyanın parçalanmasından sonra ölkədə hökumət böhranı yaranıb. Əgər 30 gün ərzində yeni koalisiya formalaşdırılmasa, prezident parlamenti buraxaraq növbədənkənar seçkilər təyin etmək hüququna malikdir. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar