SON XƏBƏRLƏR

Avropa İttifaqı Fransa prezidentinə mandat verib

2021.10.20, 07:36
Avropa İttifaqı Fransa prezidentinə mandat verib

Gunaz.tv
Avropa İttifaqı Fransa prezidentinə mandat verib Sarkozi Rusiya ilə danışıqlara başlayır Brüsseldə Avropa İttifaqının növbədənkənar sammiti başa çatıb. APA-nın məlumatına görə, sammit Rusiyanın Gürcüstandakı separatçı bölgələrin müstəqilliyini tanımasından sonra bu ölkə ilə münasibətlərin müzakirəsinə həsr olunub. Avropa İttifaqına üzv ölkələr Rusiyanı Gürcüstanla imzalanmış sazişə əməl etməyə çağırıblar. Bundan başqa sammitdə bölgədə mövcud situasiyanın monitorinqinin aparılması proqramın yaradılması təklif olunub. Avropa İttifaqı həmçinin Gürcüstanda quruculuq işlərinə köməklik etməyə hazır olduğunu bildirib. Bu məsələyə həsr olunmuş növbəti sammit noyabrın 14-də Nitsada keçiriləcək. Sammit iştirakçıları Rusiya ilə danışıqların davam etdirilməsi üçün Fransa prezidenti Nikola Sarkoziyə mandat veriblər. Sarkozi danışıqlar aparmaq üçün sentyabrın 8-də Moskvaya səfər edəcək. ---------------------------------------------------------------------- «Qafqaz bölgəsində qızğın proseslər gedir» Əli Babacan: “Münaqişələri dondurulmuş vəziyyətə gətirib, sonra həll etməyə çalışanda problemlər yaranır» “Biz bölgədəki bütün problemlərin həlli üçün diplomatiyanı siyasi dialoqun vasitəsi kimi düşünürük”. Bu açıqlamanı APA-nın Türkiyə bürosuna bu ölkənin xarici işlər naziri Əli Babacan verib. O, hazırda Qafqaz bölgəsində qızğın proseslərin getdiyini bildirib: “Ancaq bölgədə proseslərin inkişaf tempi bir az səngiyən kimi bu məsələlərin həlli üçün yol açılacaq. Şübhəsiz ki, hamımızın beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qərarlarından xəbərimiz var. Bölgədəki məsələlər indi hamının diqqət mərkəzindədir - NATO proseslərlə öz nöqteyi-nəzərindən maraqlanır, Avropa Şurası, Avropa İttifaqı, ATƏT prosesin içərisindədir. İndiyə kimi gördük ki, münaqişələri dondurulmuş vəziyyətə gətirdikdən sonra onları həll etməyə çalışanda yeni problemlər yaranır. Biz atdığımız bütün addımlar barədə böyük dövlətlərə daim məlumat veririk. İnanırıq ki, münbit şərait yarananda bölgədəki ölkələr başqalarının müdaxiləsi olmadan problemləri öz aralarında həll edə biləcəklər. Buna görə də indi biz bəzi mexanizmlərin yaradılmasına çalışırıq. Bölgədə dialoq qapılarını açıq saxlamaq üçün təşəbbüslərimizi davam etdirəcəyik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar