SON XƏBƏRLƏR

Təbriz şəhərində zəlzələ olub

2021.10.20, 07:36
Təbriz şəhərində zəlzələ olub

Gunaz.tv
Təbriz şəhərində zəlzələ olub Bu gün(3 sentyabr) yerli vaxtla saat 01:30-da İranın Şərqi Azərbaycan vilayətinin Hadişəhr, Zənuz və Culfa şəhərlərində 5,2 bal gücündə zəlzələ baş verib. Bu barədə İranın «Farsnews» agentliyi məlumat yayıb. Tehran Universitetinin Hidrometeroloji Bürosundan verilən məlumata əsasən, zəlzələnin mərkəzi Təbrizin 18 kilometrliyində yerləşən Hadişəhrdə qeydə alınıb. İlkin məlumata görə, zərərçəkən və dağıntılar yoxdur. Yeraltı təkanlardan qorxuya düşmüş əhali gecəni küçələrdə və maşınlarda keçirib. // Trend ----------------------------------------------------------------------- Qərb ölkələri Gürcüstana 3 miyard dollar yardım edəcəklər hzuekc03.gif Məqsəd investorların bu ölkədən getməsinin qarşısını almaqdır Qərb ölkələri Cənubi Osetiya münaqişəsi zamanı ciddi zərbə alan Gürcüstana maddi kömək göstərmək qərarına gəliblər. lent.az-ın «The Wall Sreet Journal» qəzetinə istinadən verdiyi məlumata görə, maddi kömək Mixail Saakaşvili hökumətinin hakimiyyətdə qalmasına yardım etməlidir. Beynəlxalq Valyuta Fondu bu həftə keçiriləcək toplantısında Gürcüstana 750 milyon dollarlıq kredit açılması barədə qərar qəbul edəcək. ABŞ və Avropa isə 2 milyard dollarlıq yardım paketi ayırmağa hazırlaşır. Bu kömək Gürcüstanın iqtisadi stabilliyində vacib rol oynayan xarici investorları sakitləşdirmək və dağılmış infrastrukturu bərpa etmək üçün ayırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar