SON XƏBƏRLƏR

Rusiya inquşlara divan tutdu , Nazranda yerli müxalifətin mitinqi silah gücünə dağıdılıb

2021.10.20, 07:36
Rusiya inquşlara divan tutdu , Nazranda yerli müxalifətin mitinqi silah gücünə dağıdılıb

Gunaz.tv
Rusiya inquşlara divan tutdu Nazranda yerli müxalifətin mitinqi silah gücünə dağıdılıb İnquş müxalifətçiləri Maqomed Yeloyevi dəfn etdikdən sonra bütün gecəni Nazranda mitinq keçirib. Onlar paytaxtın mərkəzi küçələrindən birini bağlayaraq etiraz aksiyalarına başlayıblar. Əsas tələb "İnquşetiya.ru" saytının rəhbərinin qətlinin obyektiv araşdırılması olub. Lakin paytaxt Nazranda keçirilən mitinq səhər tezdən milis və "OMON" tərəfindən dağıdılıb. "İnquşetiya.ru" saytının yaydığı məlumata görə, aksiya iştirakçıları saytın sahibi Maqomed Yeloyevin ölüm səbəblərinin ciddi şəkildə araşdırılması və İnquşetiya rəhbərliyinin istefasını tələb edirlərmiş. "İnquşetiya.ru" saytı qeyd edir ki, mitinqin dağıdılması zamanı zirehli texnikadan və odlu silahdan istifadə olunub. Nəticədə onlarla adamın yaralandığı bildirilir. Ölənlər barəsində heç bir məlumat yoxdur. Nazranın bütün rayonlarına, Həmrəylik meydanına hərbi texnika yeridilib. İnquşetiya əhalisi respublikanın keçmiş prezidenti Ruslan Auşevin hakimiyyətə qayıtmasını tələb edir. Müxalifət mitinqin dağıdılmasına baxmayaraq, sona qədər mübarizə aparacağını elan edib. Yeloyevin yaxın dostları isə inquş adət-ənənələrinə uyğun olaraq qan qisası alacaqlarına and içiblər. İnquş müxalifətinin liderinin öldürülməsində əli olduğu güman edilən muxtariyyətin rəhbəri Murad Zyazikov Maqomed Yeloyevin öldürülməsini faciə adlandırıb. Onun sözlərinə görə, respublikanın baş prokurorluğu insidenti nəzarətə alıb. Azər NURİYEV kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar