Ceyhun Bayramov Türkiyəyə səfər edib
Qəzvinli fəal həbs edildi
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
İran polisi daha bir bəlucu öldürdü
İran məhkəməsi daha bir bəhaiyə ağır həbs cəzası verdi
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
İran Əmək Nazirliyinin rəsmisi ilin sonunadək 1 milyon 400 min iş yerinin itirilməsi təhlükəsi barədə xəbərdarlıq edib
Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Türkiyə prezidenti Abdulla Gülün Ermənistana səfəri realaşmaq üzrədir. Artıq dünən Türkiyənin "NTV" telekanalı belə bir məlumat yayıb ki, Abdulla Gülün sentyabrın 6-na planlaşdırılan Ermənistan səfərini hazırlamaq üçün Türkiyə nümayəndə heyəti bu gün Yerevana yola düşəcək. Heyətə Xarici İşlər Nazirliyinin müşavirinin müavini, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Ünal Çeviköz başçılıq edir. Ermənistan prezidenti Sery Sarkisyan tərəfindən qəbul ediləcək Çeviköz prezident Gülün mesayını ona çatdıracaq və Qafqazdakı gərginliyin aradan qaldırılması üçün yaxşı fürsət yarandığını bildirəcək. Ən yüksək səviyyədə qəbul ediləcək Çeviköz görüş zamanı Ermənistan prezidenti Sery Sarkisyanı Türkiyə-Ermənistan matçının revanş oyunu zamanı Türkiyədə görmək istədiklərini də vurğulayacaq. Türkiyənin "NTV" televiziyası, həmçinin belə bir məlumat yayıb ki, Gülün səfərinin baş tutması Çeviközün missiyasının necə başa çatmasından asılı olacaq. Bir faktı da qeyd edək ki, keçmiş səfir bundan əvvəl iki ölkə arasında keçirilən görüşlərdə də ölkəsini təmsil edib. Maraqlıdır ki, Gülün səfərinə hazırlıq tam sürətlə davam etsə də, Türkiyə rəsmiləri hələ də faktı inkar edirlər. Məsələn, prezident Abdulla Gül paraolimpiyaçıların qəbulu zamanı Yerevana gedib-getməyəcəyi ilə bağlı sualı "hələ qərar verməmişik" deyə cavablandırıb. Xarici işlər naziri Əli Babacan da Gülün Yerevana səfəri ilə bağlı qəti qərar qəbul edilmədiyini bəyan edib. Türkiyə prezidenti Abdulla Gülün Ermənistana səfəri ölkədəki müxalifət partiyalarının narazılığına səbəb olub. Məsələn, müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Bağçalı bildirib ki, prezidentin futbol bəhanəsi ilə Ermənistana səfər etməsi əslində iki ölkənin münasibətlərini inkişaf etdirmək məqsədi güdür. Bu davranış isə Türkiyənin qürurunu və heysiyyətini zədələyəcək. D.Bağçalı Ermənistanın Türkiyəyə qarşı düşmən siyasəti yürütdüyünü deyib, bu siyasətdə heç bir dəyişiklik olmadığını vurğulayıb: "Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımır, Konstitusiyasında Türkiyədən torpaq tələbindən əl çəkməyib. Prezident Türkiyə Cümhuriyyətini təmsil edir, onun bu şərtlərlə Ermənistana getməsi milli mənafe ilə üst-üstə düşmür. Bundan başqa, Ermənistan PKK terror təşkilatına da dəstək verir, Azərbaycan torpaqlarının təxminən 1/4-nü işğal altında saxlayır. Bunlar reallıqdır. Türkiyənin Ermənistanın arxasından getməsinin, əlaqələri düzəltmək istəməsinin heç bir bəraəti yoxdur". Ana müxalifət Cümhuriyyət Xalq Partiyası da AKP iqtidarını buna görə kəskin tənqid edib. Partiyanın lideri Dəniz Baykal milli oyuna baxmaq bəhanəsiylə Yerevana gedəcək prezidenti bu səfərdən çəkinməyə çağırıb. "Türkiyənin beynəlxalq aləmdə qəbul edilmiş sərhədlərini qəbul etməyən Ermənistanın qondarma soyqırımı və Dağlıq Qarabağ məsələsində tutduğu mövqedə bir dəyişiklik yoxdur. Hökumətin Azərbaycana zərər verə biləcək hər bir hərəkətdən uzaq durmasını diləyirəm. Mən Yerevana futbol oyununa getmək əvəzinə Bakıya oyuna baxmağa getməyi təklif edərdim" - deyib. Türkiyə mətbuatı isə belə bir məlumat yayıb ki, Ankara bu səfər üçün Yerevana beş şərt irəli sürüb. "Akşam" qəzetinin yazdığına görə, həmin şərtlər əsasən səfər zamanı hər hansı etiraz aksiyalarının olmaması, təhlükəsizliyin təmin edilməsi ilə bağlıdır. Türkiyədə hesab edirlər ki, səfərin təhlükəsizlik tərəfi son dərəcə önəmli olduğundan Gülün Ermənistana gedib-getməyəcəyi son ana qədər elan edilməyəcək. O da bəlli olub ki, Türkiyənin Hakim Ədalət və İnkişaf Partiyasından 30 millət vəkili öz partiyasına müraciət edərək bu oyunu izləmək üçün Ermənistana getmələrinə icazə verilməsini istəyiblər. Lakin hakim partiyanın qrup toplantısında millət vəkillərinin Ermənistan-Türkiyə oyununu izləmək üçün Ermənistana getməmələri qərara alınıb. Ermənistan paytaxtında iki ölkə prezidentlərinin təkbətək görüşünün keçirilə biləcəyi mümkünlüyü də istisna edilmir. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın fikrincə, bu görüş futbol oyunun gedişində, oyundan əvvəl və ya sonra keçirilə bilər. "Türkiyə prezidenti Abdulla Gül Yerevana səfər etsə, futbol oyunun gedişində, oyundan əvvəl və ya sonra Ermənistan və Türkiyə prezidentləri arasında görüş keçiriləcək. Görüşdə prezidentlər beynəlxalq, regional və ikitərəfli məsələləri müzakirə edə bilər" - deyə nazir Yerevan Dövlət Universitetində keçirdiyi görüşdə bildirib. Erməni nazir Ermənistanın xarici siyasət prioritetlərini də açıqlayıb. O məlumat verib ki, sentyabrın 3-də Ermənistanın xaricdəki səfirləri və daimi nümayəndələrinin toplantısının keçirilməsi ilə bağlı paytaxta gələcəklər. Bu arada bəlli olub ki, türkiyəli azarkeşlər də oyunu izləməyəcək. Bunu Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan bildirib. Onun sözlərinə görə, Ermənistan yığması ilə oyuna Türkiyə tərəfindən 130 nəfərdən ibarət heyət gələcək: "Türkiyə Futbol Federasiyası öz azarkeşləri üçün bilet sifariş etməyib". Xatırladaq ki, Ermənistan-Türkiyə oyunu sentyabrın 6-da Yerevandakı "Razdan" stadionunda keçiriləcək. Azər NURİYEV kaspi
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
İran polisi daha bir bəlucu öldürdü
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Iranda daha altı məhbus edam edilib
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
Urmiya gölünün son vəziyyəti açıqlandı
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb