SON XƏBƏRLƏR

Naxçıvanda 5 bal gücündə zəlzələ baş verib

2021.10.20, 07:36
Naxçıvanda 5 bal gücündə zəlzələ baş verib

Gunaz.tv
Naxçıvanda 5 bal gücündə zəlzələ baş verib Bu gün Bakı vaxtı ilə saat 01.01 radələrində Naxçıvan şəhərindən 75 kilometr cənub-şərqdə 5 bal gücündə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələnin episentri İran İslam Respublikasının ərazisinə düşüb. Yeraltı təkanlar Ordubad və Culfa şəhərlərində 4 bal, Naxçıvan şəhərində 3 bal gücündə hiss olunub. Azərbaycan ərazisində dağıntı və tələfat yoxdur. --------------------------------------------------------------------------- Rusiya Gürcüstandakı səfirlik və konsulluğunun fəaliyyətini bu gündən etibarən dayandırıb Rusiyanın Gürcüstandakı səfirliyi bu gündən etibarən fəaliyyətini dayandırıb. APA-nın məlumatına görə, bu addım Gürcüstanın Rusiya ilə diplomatik münasibətləri dayandırmaq qərarına cavab olaraq atılıb. Rusiya səfirliyinin konsulluq xidməti də bu gündən etibarən fəaliyyətini xüsusi sərəncam olana kimi dayandırdığını elan edib. Qeyd edək ki, Gürcüstan Xarici İşlər Nazirliyi dünəndən etibarən Rusiyanın xüsusi səlahiyyətli müşavirinə iki nota təqdim edib. Birinci notada bildirilir ki, Gürcüstan parlamentinin 28 avqust tarixli qərarına əsasən, Rusiya ilə diplomatik münasibətlər dayandırılıb. İkinci notada bildirilir ki, Vyana Konvensiyasının müddəalarına əsasən iki dövlət arasında konsulluq münasibətləri saxlanır, buna müvafiq olaraq Gürcüstanın Rusiyadakı konsulluğu fəaliyyətini davam etdirir. Rusiyanın xüsusi səlahiyyətli müşaviri Smaqa rəsmi Tiflisin bu fəaliyyətini səhv addım adlandırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar