SON XƏBƏRLƏR

UKRAYNADA «NARINCI» BİRLİYİN SONU: VİKTOR YUŞŞENKO YULİYA TİMOŞENKODAN AYRILDI

2021.10.20, 07:36
UKRAYNADA «NARINCI» BİRLİYİN SONU: VİKTOR YUŞŞENKO YULİYA TİMOŞENKODAN AYRILDI

Gunaz.tv
UKRAYNADA «NARINCI» BİRLİYİN SONU: VİKTOR YUŞŞENKO YULİYA TİMOŞENKODAN AYRILDI 99607_20080903082021_yushenko-11.jpg Prezident Viktor Yuşşenkonu dəstəkləyən «Bizim Ukrayna» fraksiyası Ali Radadakı «Bizim Ukrayna-Xalq Özünümüdafiə» koalisiyasından çıxdığını bəyan edib. Bu, son vaxtlar münasibətləri xeyli korlanmış və fərqli siyasət yürüdən prezident Viktor Yuşşenkonun baş nazir Yuliya Timoşenkodan ayrılması deməkdir. «Media forum» saytı xəbər verir ki, qərar fraksiyanın fövqəladə iclasında qəbul olunub. Deputat Roman Zvarıçın sözlərinə görə, rəsmi bəyanat parlamentin bugünkü iclasında açıqlanacaq. Parlament sədri Arsen Yatsenyukun da koalisiyadan çıxmaq qərarının lehinə səs verdiyi bildirilir. Ukrayna Xalq Partiyasının lideri Yuri Kostenko fraksiyadan çıxmalarını belə izah edib: «Çox qəribə situasiya yaranıb: biz hüquqi cəhətdən koalisiyadayıq, amma koalisiya adından verilən heç bir qərara təsir edə bilmirik. Yuliya Timoşenko Blokunun (YTB) yeni tərəfdaşları – Regionlar Partiyası, kommunistlər və Litvinin Bloku ilə birgə 360-370 səs toplaması bizim əvvəlki siyasi razılaşmalarımızın tam əksinə yönəlib». Y.Kostenkonun sözlərinə görə, YTB-nin və Regionlar Partiyasının (RP) Qafqaz regionunda baş verənlərələ bağlı mövqeyi də koalisiyanın bundan sonrakı fəaliyyətini heçə endirir. RP ilə YTB 30 gün müddətində yeni koalisiya yarada bilməsə, Ukrayna Konstitusiyasına görə, yeni seçki keçirilməlidir. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar