SON XƏBƏRLƏR

VƏHABİLƏRƏ QARŞI MÜBARİZƏ APARAN DAĞISTANLI JURNALİST ÖLDÜRÜLÜB

2021.10.20, 07:36
VƏHABİLƏRƏ QARŞI MÜBARİZƏ APARAN DAĞISTANLI JURNALİST ÖLDÜRÜLÜB

Gunaz.tv
VƏHABİLƏRƏ QARŞI MÜBARİZƏ APARAN DAĞISTANLI JURNALİST ÖLDÜRÜLÜB abdullaalishayev.jpg Abdulla Alişayev Dağıstanın tanınmış jurnalisti Abdulla (Telman) Alişayev ona qarşı baş vermiş sui-qəsddən sonra bu gün səhər xəstəxanada dünyasını dəyişib. «Media forum» saytı xəbər verir ki, ona hücum sentyabrın 2-də axşam saatlarında olub. Jurnalist dərhal Dağıstan Kliniki Xəstəxanasına aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Sentyabrın 2-də saat 18:30 radələrində iki nəfər A.Aişayevin əyləşdiyi avtomobilə «Makarov» tapançasından atəş açıb. Jurnalist çiynindən və başından yaralanıb. Dağıstanın hüquq-mühafizə orqanlarındakı mənbənin Rusiya KİV-inə verdiyi açıqlamaya görə, A.Alişayevin öldürülməsinin əsas səbəblərindən biri onun respublikada vəhabilərin fəaliyyət göstərməməsi üçün aktiv mübarizə aparmasıdır. A.Alişayev «TV-Çirkey» dini kanalında işləyib, «Adi vəhabilik» sənədli filminin müəllifidir. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar