SON XƏBƏRLƏR

TÜRKİYƏDƏ GÜLƏ DƏSTƏK MESAJLARI: KÖŞƏ YAZARLARI və İŞ ADAMLARI YEREVAN SƏFƏRİNƏ XEYİR-DUA VERİR

2021.10.20, 07:36
TÜRKİYƏDƏ GÜLƏ DƏSTƏK MESAJLARI: KÖŞƏ YAZARLARI və İŞ ADAMLARI YEREVAN SƏFƏRİNƏ XEYİR-DUA VERİR

Gunaz.tv
TÜRKİYƏDƏ GÜLƏ DƏSTƏK MESAJLARI: KÖŞƏ YAZARLARI və İŞ ADAMLARI YEREVAN SƏFƏRİNƏ XEYİR-DUA VERİR Türkiyə prezidentinin xüsusi nümayəndəsi Ünal Çeviközün (Türkiyənin Azərbaycanda keçmiş səfiri) bu gün Yerevanda olacağı xəbər verilir. Onun prezident Abdulla Gülün Ermənistan paytaxtına sentyabrın 6-na nəzərdə tutulan səfərinə hazırlıq işləri aparacağı bildirilir. «Turan»ın məlumatına görə, Abdulla Gülün Yerevana işgüzar səfəri zamanı Türkiyə prezidenti Ermənistan lideri Serj Sərkiysan və xarici siyasət idarəsinin rəhbəri ilə danışıqlar və məsləhətləşmələr keçirəcək. Türkiyənin diplomatik dairələrində «Turan»a A. Gülün səfəri ilə bağlı Bakıya izahat verildiyi bildirilib: «Türkiyə bu addımın anlayışla qarşılanacağına ümid edir. Ermənistan-Türkiyə münasibətlərinin mümkün istiləşməsi heç bir halda Azərbaycanla münasibətlərin pozulması hesabına baş verməyəcək». A.Gülün səfərinə Türkiyənin iki aparıcı müxalif partiyasının – Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat partiyalarının sərt münasibəti fonunda dövlət başçısına dəstək də yox deyil. «Media forum» saytı xəbər verir ki, dəstək kampaniyasına qoşulanlar arasında tanınmış qəzet yazarları da var. «Radikal» qəzetinin yazarı Murat Yetkinin fikrincə, prezident A.Gülün dəvəti qəbul etməsi Ankaranın Kipr məsələsində bir addım önə keçməsinə bənzəyəcək. «Milliyyət» qəzetinin yazarı Taha Akyol isə düşünür ki, buzların əriməsində A. Gülün səfəri önəmli bir addım ola bilər, belə də olmalıdır. Fəhmi Koru («Yeni şəfəq» qəzeti) yazır ki, «soyuq müharibə» illərində ABŞ-ın düşmən hesab etdiyi Çinlə yaxınlaşmasını da bir idman yarışması başlatmışdı: «Türkiyə milli oyun fürsətini dəyərləndirməlidir». «Radikal» qəzetinin digər bir yazarı Oral Çalışlarfın fikrincə, Türkiyə prezidentinin Ermənistana getməsi xarici siyasət baxımından önəmli və irəli doğru bir addımdır. Bu qəzetin digər yazarı Nuray Mert isə düşünür ki, əgər A.Gülün ziyarəti gerçəkləşərsə, çox tarixi bir olay olacağına heç bir şübhə yoxdur. Türkiyə iş adamlarının birliyi kimi tanınan TUSİAD prezidentin sentyabrın 6-da Ermənistan və Türkiyə yığma komandaları arasında keçiriləcək oyuna getməsinin önəmli bir addım olacağını istisna etmir: «Abdulla Gülün Yerevana getməsi Türkiyənin Qafqazda və enerji geopolitikası müstəvisində mövqeyini daha da gücləndirəcək. Bu addımın həm də dövlət kimi tanıdığımız, ancaq diplomatik əlaqələrimizin olmadığı, sərhədlərimizin qapalı olduğu Ermənistanla əlaqələrimizin normallaşmasına, qarşılıqlı bir dialoq anlayşının ortaya çıxmasına və mövcud problemlərin soyuqqanlı şəkildə çözülməsinə yardımçı olacağına inanırıq». Türkiyə prezidentini Yerevana erməni həmkarı Serj Sərkisyan dəvət edib. Hələ iyunda A.Gülü sentyabrın 6-da Yerevanda 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Ermənistan - Türkiyə futbol matçına birgə baxmağa çağıracağını söyləyən S.Sərkisyan ötən ay dəvətini rəsmiləşdirib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar