SON XƏBƏRLƏR

DİNİ KOMİTƏ AÇIQLAMA VERDİ_Gündüz İsmayılov: “Açıq məkanda namaza qadağa qərarı qəbul edilib və icra olunacaq”

2021.10.20, 07:36
DİNİ KOMİTƏ AÇIQLAMA VERDİ_Gündüz İsmayılov: “Açıq məkanda namaza qadağa qərarı qəbul edilib və icra olunacaq”

Gunaz.tv
DİNİ KOMİTƏ AÇIQLAMA VERDİ Gündüz İsmayılov: “Açıq məkanda namaza qadağa qərarı qəbul edilib və icra olunacaq” 5681.jpg Məscidlərin həyətlərində namaz qılınmasına icazə verilməməsilə bağlı qərar Əbu-Bəkr məscidində baş vermiş partlayışdan cəmi bir neçə gün sonra komitə tərəfindən qəbul edilib. Bu barədə “Turan”ın müxbirilə söhbətində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQDK) əməkdaşı Gündüz İsmayılov söyləyib. Onun sözlərinə görə, qadağa məcburi xarakter daşıyır və bütün qurumlara bu barədə xəbərdarlıq edilib. “Qadağa dindarların təhlükəsizliyini təmin etməklə bağlı kompleks tədbirlər sistemində nəzərdə tutulan müddəalardan biridir”, deyə İsmayılov bildirib. O həmçinin bildirib ki, paytaxtın 140 məscidindən cəmi 5-nin həyətində namaz qılınırdı. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar