SON XƏBƏRLƏR

DÖVLƏT QƏZETİ «AZƏRBAYCAN»: «...TÜRKİYƏ DAĞLIQ QARABAĞ PROBLEMİNİ BİR KƏNARA QOYUR, SƏRHƏDLƏRİ AÇIR»

2021.10.20, 07:36
DÖVLƏT QƏZETİ «AZƏRBAYCAN»: «...TÜRKİYƏ DAĞLIQ QARABAĞ PROBLEMİNİ BİR KƏNARA QOYUR, SƏRHƏDLƏRİ AÇIR»

Gunaz.tv
DÖVLƏT QƏZETİ «AZƏRBAYCAN»: «...TÜRKİYƏ DAĞLIQ QARABAĞ PROBLEMİNİ BİR KƏNARA QOYUR, SƏRHƏDLƏRİ AÇIR» Rəsmi dövlət qəzeti «Azərbaycan» bugünkü sayında Türkiyə prezidenti Abdulla Gülün Ermənistan paytaxtı Yerevana gözlənilən səfərinə həsr olunan yazı dərc edib (müəllifi R.Qaraxanlı). «Separatçılığın 17 ili» başlığıyla verlimiş yazıya qəzet sərlövhə altına «Türkiyə prezidentini Yerevanda gözləyən Serj Sərkisyan Dağlıq Qarabağın «müstəqilliyi»nin «dönməz» olduğunu bir daha bəyan etdi» cümləsini çıxarıb. Qəzet sentyabrın 2-də Dağlıq Qarabağ separatçılarının «DQR»in yaranmasının 17-ci ildönümünü qeyd etdiyinə diqqət çəkir : «Müstəqillik» tədbirlərinə Ermənistandan baş nazir Tiqran Sərkisyanın rəhbərlik etdiyi nümayəndə heyəti də təşrif buyurub. Tədbirlə əlaqədar olaraq dünən Ermənistan prezidenti, bir vaxtlar Dağlıq Qarabağda separatçılıq hərəkatının aparıcı simalarından olmuş Serj Sərkisyan rejim rəhbərliyinə və burada yaşayan əhaliyə təbrik məktubu göndərib. Məktubun mətnindən açıq görünür ki, Yerevan problemin həllində heç bir güzəştə getmək barədə düşünmür və dildə kompromisdən danışsa da, maksimalist niyyətlərindən əl çəkənə oxşamır. Sərkisyan Xankəndidəki həmkarlarına müraciətində bildirir ki, bu «bayram» həm onların, həm də müharibədə ölmüş ermənilərin birgə «bayram»ıdır». S.Sərkisyanın «Hörmətli arsaxlılar, siz bu sınaqdan uğurla çıxdınız və bu gün özünüzün azad dövlət quruculuğu, onu müdafiə etmə, iqtisadi və ictimai fəaliyyətinizlə bunu bir daha nümayiş etdirirsiniz» sözlərini sitat gətirən «Azərbaycan» bu məqamın ATƏT-in Minsk qrupu həmsədrlərilə yanaşı, Türkiyənin də diqqətindən yayınmayacağına ümid edir: «Ən azı ona görə ki, sentyabrın 6-da Türkiyə prezidenti Abdulla Gül Yerevana səfər etməyə hazırlaşır və Ankarada hesab edirlər ki, bu addım tərəflər arasında mövcud olan problemlərin həlli baxımından ciddi əhəmiyyət kəsb edə bilər. Ermənistan illər boyu çalışır ki, Dağlıq Qarabağ problemi və Azərbaycanın işğal altında olan əraziləri məsələsini Türkiyə ilə münasibətlər kontekstinin gündəliyindən çıxarsın. Yerevan hələ Robert Köçaryanın dövründən təklif edirdi ki, Türkiyə-Ermənistan münasibətləri üçüncü dövlətin maraqlarından asılı olmamalıdır. Burada Azərbaycan nəzərdə tutulurdu». Türkiyənin Ermənistanla sərhədlərin açılışı və tam əsaslı diplomatik təmasların qurulması üçün 3 bənddən ibarət tələb (Ermənistan Türkiyənin hazırkı sərhədlər çərçivəsində ərazi bütövlüyünü tanımalıdır, saxta soyqırımı iddiasından əl çəkməlidir və Azərbaycanın işğal edilmiş torpaqlarını geri qaytarmalıdır) irəli sürdüyü xatırladılan yazıda deyilir: «Ermənistanda çox çalışıblar və indi də cəhd edirlər ki, üç dövlət arasında olan münasibətləri bu formatdan çıxarmağa nail olsunlar. Açıq söylənilməsə də, istisna deyil ki, bir neçə aydır davam edən gizli Bern danışıqlarının əsas müzakirə predmetlərindən biri də məhz bu olub: Türkiyə Dağlıq Qarabağ problemini bir kənara qoyur, sərhədləri açır, Ermənistan isə «erməni soyqırımı»nı gündəmdən çıxarır. Əgər belədirsə, qalır iki məqam üzərində düşünmək: birincisi, ermənilərə inanmaq olarmı və ikincisi, Türkiyə buna gedərmi?» Dağlıq Qarabağda «müstəqillik» tədbirləri ilə Türkiyə prezidentinin Yerevana səfəri arasında paralellər aparmasının səbəblərini xırdalayan müəllif yazısını belə tamalayır: «Ankarada dövlət başçısının bir dəfə Ermənistana gedib futbol oyununa baxmaqla ermənilərin ipə-çapa yatacaqlarını düşünənlər varsa, səhvə yol verirlər. Əgər təbii ki, belə düşünənlər varsa. Maraqlıdır ki, Türkiyənin ana müxalifət partiyası - Cümhuriyyət Xalq Partiyasının lideri olan Dəniz Baykal bir neçə gün öncə problemlə bağlı açıqlamasında təqribən belə bir fikir irəli sürmüşdü: indiyədək Türkiyənin bu məsələ ilə bağlı siyasəti təsadüfi olmayıb. Yəni sərt siyasi xətt həm reallığın tələbi olub, həm də faktiki nəticələr verib. Məgər indi Ermənistanın dizi üstə olmasında Türkiyənin sərhədləri qapalı saxlamasının, dünyanın bir sıra beynəlxalq təşkilatları, dövlətləri və maliyyə institutlarının təzyiqlərinə rəğmən mövqeyindən dönməməsinin xidməti yoxdur? Təbii ki, var. Bəlkə bir az da dözək?» «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar