SON XƏBƏRLƏR

CORC BUŞ MAKKEYNİ «DAHİ AMERİKALI» ADLANDIRIB

2021.10.20, 07:36
CORC BUŞ MAKKEYNİ «DAHİ AMERİKALI» ADLANDIRIB

Gunaz.tv
CORC BUŞ MAKKEYNİ «DAHİ AMERİKALI» ADLANDIRIB bush-makkain1.jpg ABŞ prezidenti Corc Buş Ağ evdən canlı bağlantıyla Minnesota ştatında qurultay keçirən Respublikaçılar Partiyası üzvlərinə müraciət edib. Prezidentin 9 dəqiqə çəkən çıxışı (çıxış Bakı vaxtıyla səhər saat 7 radələrində olub) bir neçə dəfə alqışlarla kəsilib. Noyabrın 4-də keçiriləcək prezident seçkisində respublikaçıların namizədi olan senator Con Makkeyni müdafiə edən C.Buş onu «dahi amerikalı» və «ABŞ-ın növbəti prezidenti» adlandırıb: «O, ölkəmizi arxasınca aparmağa qadirdir». Dövlət başçısı təhlükəli dünyada yaşadıqlarını vurğulayıb: «Bizə 11 sentyabr hadisələrindən dərs çıxaran prezident gərəkdir. ABŞ müdafiə olunmaq üçün hücumu davam etdirməlidir, zərbələri onlar endirilməmiş dəf etməli və bizə təkrar zərbə endiriləcəyini gözləməmələdir. Belədə bizə lazım olan adam Con Makkeyndir». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar