SON XƏBƏRLƏR

Lavrov Ankaranı sakitləşdirdi , Amma Ankara eşitdiklərinə inanmır

2021.10.20, 07:36
Lavrov Ankaranı sakitləşdirdi , Amma Ankara eşitdiklərinə inanmır

Gunaz.tv
Lavrov Ankaranı sakitləşdirdi Amma Ankara eşitdiklərinə inanmır "Bizim ölkənin gömrük məntəqələrində türklərə qarşı heç bir formada ayrı-seçkilik edilmir və mövcud problemlər siyasi səciyyə daşımır. Ymumiyyətlə, ticarətə siyasət qarışa bilməz. Əminəm ki, gömrük sistemimizdə başladığımız islahatlar və dəyişikliklər başa çatandan sonra bütün problemlər həll olunacaq". Rusiyanın xarici işlər naziri, Ankarada rəsmi səfərdə olan Sergey Lavrov Türkiyə XİN-nin başçısı Əli Babacanla dünən görüşəndən sonra keçirdiyi mətbuat konfransında bildirib ki, Türkiyə-Rusiya sərhədlərində rusiyalı hərbçilərin türk sürücüləri dayandıraraq, yük maşınlarını sutkalarla yoxlaması və nəzarətdən keçirməsi barədə deyilənlər yalan deyil. "Bəli, belə problemlər var. Lakin bütün bunlar əsla siyasi səciyyə daşımır və daşıya da bilməz. Türkiyə tərəfi ilə gərəkli məsləhətləşmələr aparırıq, problemi həll etməyə çalışırıq. Bizim gömrük məntəqələrində yeni idarəetmə və nəzarət mexanizmləri, daha effektiv sistemlər tətbiq olunmağa başladığından bəzi gecikmələr yarana bilər. Lakin həmin problemlərlə bütün ölkələrin malları üzləşir. Əsas problem bizim gömrük işlərini və sənədləşdirilməni sadələşdirmək cəhdlərimizlə bağlıdır", - S.Lavrov deyib. Onun dediyinə görə, hazırda başda ABŞ olmaq şərtilə bir çox ölkələrdən, o cümlədəni Braziliya və Polşadan ət idxalı məhdudlaşdırılıb, bu məqsədlə gömrük məntəqələrində ciddi nəzarət həyata keçirilir: "Standartlarımıza uyğun gəlməyən bütün malları geri qaytarırıq ki, bunun da yalnız Türkiyəyə şamil edilməsi doğru deyil". Türkiyənin XİN başçısı Əli Babacan isə bildirib ki, S.Lavrovla görüş zamanı iki ölkə arasında son vaxtlar yaranmış problemlərin müzakirə edildiyini, müşküllərin iki ölkə arasında işbirliyi və əməkdaşlıq şəraitində çözüləcəyinə inandığını söyləyib. O, əsas diqqətin Qafqaz regionunda gedən proseslərə yönəldiyini vurğulayıb: "Qafqazda sülh və sabitliyinin bərqərar olması Türkiyə baxımından böyük əhəmiyyət daşıyır. Türkiyə problemlərin sülh və dialoq yolu ilə həllinə tərəfdardır. Gürcüstandakı prosesləri narahatlıqla izləyirik. Türkiyə Gürcüstanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə böyük əhəmiyyət verir". Əli Babacanın dediyinə görə, Qafqazda Stabillik Paktını S.Lavrovla da müzakirə edib. Rusiyanın XİN başçısı bu təşəbbüsü dəstəkləyib. Türkiyə Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Mərkəzinin (TYRKSAM) prezidenti Sinan Oğan isə hesab edir ki, S.Lavrovun Ankarada dediklərinə yeni heç nə yoxdu. "Gömrük məsələsində Lavrovdan konkret heç bir cavab alınmadı: ümumi söz yığını, heç nəyə vadar etməyən ifadələr, gəlişigözəl sözlər. Türkiyədən Rusiyaya "çuval ticarəti" mərkəzləşdirilmiş qaydada aparılır. Rusiyada da yerli istehsalı dəstəkləmək üçün gömrük qaydaları sərtləşdirilib. Problem də odur ki, ruslar hər mala real gömrük rüsumu qoymaq istəyir, biz isə mallarımızın kilo hesabı ilə keçməsini istəyirik. Problemin əsas səbəbi budur və Cənubi Qafqazdakı vəziyyətlə heç bir əlaqəsi yoxdur". S.Oğanın dediyinə görə, Türkiyə və Rusiya arasında gömrük probleminin qısa müddətdə çözülməsinə inanmır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar