SON XƏBƏRLƏR

RUSİYA ERMƏNİSTANDAN CƏNUBİ OSETİYA VƏ ABXAZİYANI TANIMAĞI TƏLƏB EDİR_ Medvedyevlə Sərkisyanın görüşündə bu məsələ müzakirə olunub

2021.10.20, 07:36
RUSİYA ERMƏNİSTANDAN CƏNUBİ OSETİYA VƏ ABXAZİYANI TANIMAĞI TƏLƏB EDİR_ Medvedyevlə Sərkisyanın görüşündə bu məsələ müzakirə olunub

Gunaz.tv
RUSİYA ERMƏNİSTANDAN CƏNUBİ OSETİYA VƏ ABXAZİYANI TANIMAĞI TƏLƏB EDİR Medvedyevlə Sərkisyanın görüşündə bu məsələ müzakirə olunub 402.jpg Rusiya və Ermənistan prezidentləri dünən Soçidə Cənubi Osetiya və Abxaziya ətrafındakı vəziyyəti müzakirə ediblər. Görüşdə Rusiya prezidenti Dmitri Medvedyev qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında sədrlik Ermənistana keçəcək. Serj Sərkisyan isə öz növbəsində Ermənistanın Cənubi Osetiyaya humanitar yardım göstərməyə hazır olduğunu bəyan edib. Tərəflər beynəlxalq problemlər və xarici siyasət məsələlərini də müzakirəyə çıxarıblar. Sərkisyan həmçinin qeyd edib ki, gələcək iqtisadi əlaqələr Rusiya-Ermənistan münasibətlərinin prioritetini təşkil edir. “Cənubi Osetiyadakı hadisələrdən sonra bu bizim birinci görüşümüzdür. Gürcüstandakı vəziyyətÿ barədə biz telefonla danışmışıq. Mən bir daha orda baş verənlər, rus vətəndaşları və sülhməramlıların həlak olması iləÿ bağlı öz təəssüf hissimi bildirirəm”, deyə Sərkisyan bildirib. “Humanitar yardımlara görə sizə minnətdarlığımı bildirirəm. Bütün baş verənlərlə bağlı o cümlədən iki ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilat çərçivəsində işini sizlə müzakirə edəcəyəm. Təşkilat üzvlərinin qəti mövqeyi yəqin ki, Moskvada baş tutacaq sammitdə ortaya qoyulacaq”. Bunu isə Rusiya prezidenti Dmitri Medvedyev deyib. Görüşün mətbuata açıq hissəsində Rusiyanın Cənubi Osetiya və Abxaziyanı tanımaq qərarına Ermənistanın münasibəti haqa söhbət getməyib. Ancaq Moskvadakı mənbələrdən bildirilir ki, Medvedyev Sərkisyanı məhz bu məsələyə görə Soçiyə çağırıb. Belə ki, Rusiya Ermənistandan Gürcüstandakı separatçı bölgələri tanımağı tələb edir. Lakin bildirilir ki, Ermənistan məsələyə ehtiyatla yanaşır. Rusiya bugünlərdə üzvü olduğu Şanxay Əməkdaşlıq Təşkilatı blokunda da həmin məsələni qoymuşdu, lakin istədiyi dəstəyi ala bilmədi. Əgər Ermənistan Abxaziya və Cənubi Osetiyanı tanısa, Rusiyadan Dağlıq Qarabağın gələcəyi ilə bağlı aydın təminat almağa açılışacaq. Yəni Moskva vəd verməlidir ki, Cənubi Osetiya və Abxaziyadan sonra növbə Dağlıq Qarabağa çatacaq. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar