SON XƏBƏRLƏR

ƏRDOĞANIN KORRUPSİONER MÜŞAVİRİ İSTEFA VERDİ

2021.10.20, 07:36
ƏRDOĞANIN KORRUPSİONER MÜŞAVİRİ İSTEFA VERDİ

Gunaz.tv
ƏRDOĞANIN KORRUPSİONER MÜŞAVİRİ İSTEFA VERDİ AKP-nin ən nüfuzlu adamlarından sayılan Şaban Dişlinin 1 milyon dollar rüşvət aldığı üzə çıxıb Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın xarici siyasət məsələləri üzrə müşaviri, hakim partiyanın ən nüfuzlu şəxslərindən sayılan Şaban Dişli AKP-dəki bütün vəzifələrindən istefa verib. Buna səbəb Dişlinin adının korrupsiya qalmaqalında çəkilməsidir. Bir neçə həftə əvvəl ana müxalifət partiyası CHP-dən olan millət vəkili Kamal Kılıcdaroğlu Dişlinin iş adamlarından birindən 1 milyon dollar rüşvət aldığını təsdiq edən fakt açıqlayıb. Bununla da Dişli və onun üzvü olduğu partiya ciddi korrupsiya ittihamları ilə üzləşib. Belə ki, əvvəllər də baş nazir və onun yaxın ətrafı müxalifət tərəfindən irimiqyaslı korrupsiya əməllərinə görə ittiham olunurdu. Dişli qalmaqalının üzə çıxmasından sonra Ərdoğan bildirib ki, onun partiyasında əli korrupsiyaya batan kim olsa cəzasını alacaq. Bir gün əvvəl isə Dişlinin məsələsi AKP-nin Mərkəzi Qərarvermə və İcra Orqanında müzakirəyə çıxarılıb. Toplantı gecə yarısına qədər davam edib. Dişlinin də qatıldığı toplantı haqda açıqlama verilməyib. Ancaq daha sonra Ərdoğanın müşaviri elan edib ki, o, partiyadakı bütün vəzifələrindən istefa verir. Lakin bildirilir ki, Dişli hələ də ona qarşı irəli sürülən ittihamları qəbul etmir. Onun iddiasına görə, CHP-nin rüşvət qalmaqalı haqda ortaya çıxardığı sənəd quraşdırmadır. Bununla belə, AKP çevrələrindən məlum olub ki, partiya rəhbərliyi Dişlinin hərəkətlərinin üzə çıxmasından narahatdır və rüşvət faktını inkar etmir. Ona görə də Dişliyə partiyadakı vəzifələrindən istefa vermək təklif olunub. CHP-də Dişlinin rüşvət alması faktı AKP-ni korrupsiyada ittiham etmək üçün orjinal ifadələr tapmağa da kömək edib. CHP-dən deyirlər ki, Dişli hakim partiyanın xalq malını yemək üçün “möhkəm dişlərinin” olduğunu təsdiq edir. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar