SON XƏBƏRLƏR

Putin: "BTC ilə işimiz yoxdur"

2021.10.20, 07:36
Putin: "BTC ilə işimiz yoxdur"

Gunaz.tv
Putin: "BTC ilə işimiz yoxdur" Rusiyanın baş naziri Vladimir Putin Özbəkistana rəsmi səfərdədir. Dünən o, Daşkənddə keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya Gürcüstan ərazisindəki heç bir enerji layihələrinə, o cümlədən Azərbaycan neftini dünya bazarına çıxaran Bakı-Tiflis-Ceyhan (BTC) kəmərinə ziyan vurmayıb. "Bizim heç elə fikrimiz də olmayıb. Bakı-Tiflis-Ceyhan kəmərinin Türkiyədəki hissəsindəki partlayışı da PKK həyata keçiribmiş. Orada teraktlar var, xəsarətlər və yanğınlar var - bizim işimiz deyil. Öz enerji obyektlərimizə çox həssas yanaşırıq və kimsəyə ziyan vurmaq planlarımız yoxdur. Elə məqsədimiz yoxdur, ola da bilməz", - Putin deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar