SON XƏBƏRLƏR

Türkiyənin İqdır bölgəsində 10 qeyri-hökumət təşkilatı Abdullah Gülü Ermənistana getməməyə çağırıb

2021.10.20, 07:36
Türkiyənin İqdır bölgəsində 10 qeyri-hökumət təşkilatı Abdullah Gülü Ermənistana getməməyə çağırıb

Gunaz.tv
Türkiyənin İqdır bölgəsində 10 qeyri-hökumət təşkilatı Abdullah Gülü Ermənistana getməməyə çağırıb abdullahgul.jpg Bəyanatda Türkiyə prezidenti Ermənistana getməməyə çağırılır və bildirilir ki, Türkiyə prezidentinin bu açıqlaması azərbaycanlıları ürəkdən yaralayacaq Türkiyənin İqdır bölgəsində fəaliyyət göstərən 10 qeyri-hökumət təşkilatı, həmçinin Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat Partiyalarının yerli ofisləri prezident Abdulla Gülün Ermənistana gözlənilən səfəri ilə bağlı bəyanat yayıb. Bəyanatda Türkiyə prezidenti Ermənistana getməməyə çağırılır və bildirilir ki, Türkiyə prezidentinin bu açıqlaması azərbaycanlıları ürəkdən yaralayacaq. «Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini niyə kimsə görmək istəmir? Biz dünyaya səslənirik: 85 il əvvəl olanları gündəmə daşıyıb, bununla məşğul olmaq cəsarəti tapanlar ermənilərin yaxın tariximizdə Qarabağda törətdikləri vəhşilikləri niyə görmürlər? Ermənilərin 1992-ci ildə Xocalıda törətdikləri soyqırımın başqa bir adı varmı? Unutmayaq ki, Türkiyə ilə Ermənistan arasındakı əlaqələrin normallaşmasında ən böyük əngəl türk düşmənliyi üzərində qurulan erməni siyasətidir. Bütün bunları nəzərə alaraq, prezident Gülü İrəvana getməməyə çağırırıq»,- müraciətdə belə deyilir. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar