SON XƏBƏRLƏR

Sabiq millət vəkilinin qızı nişanlısı ilə birlikdə qətlə yetirildi

2021.10.20, 07:36
Sabiq millət vəkilinin qızı nişanlısı ilə birlikdə qətlə yetirildi

Gunaz.tv
Sabiq millət vəkilinin qızı nişanlısı ilə birlikdə qətlə yetirildi atesh-yeni.jpg Türkiyədə keçmiş millət vəkilinin qızı küçənin ortasında qətlə yetirilib. Lent.az-ın məlumatına görə, Doğru Yol Partiyasından millət vəkili olmuş Əhməd Bilyəlinin qızı Belma Yasəmən Bilyəli və onun nişanlısı Levent Dakka silahlı hücuma məruz qalıblar. Nəticədə iki uçaq anası olan 36 yaşlı B. Bilyəli və 38 yaşlı L. Dakka aldıqları xəsarətdən hadisə yerində keçiniblər. Məlum olub ki, nişanlılar yolda gedərkən B. Bilyəlinin keçmiş əri M. K. ilə qarşılaşıblar. Nəticədə L. Dakka ilə nişanlısı M. K. arasında mübahisə yaranıb. Bu vaxt M. K. yanındakı silahla nişanlılara atəş açaraq hər ikisini öldürüb və hadisə yerindən qaçıb. Hazırda onun tutulması üçün tədbirlər görülür. LENT.AZ ------------------------------------------------------------------------ İran prezidentinin səlahiyyətli nümayəndəsi Mehdi Səfəri bu gün Bakıya gəlir xezerstatus.jpg İran İslam Respublikası prezidentinin Xəzər məsələləri üzrə səlahiyyətli nümayəndəsi, xarici işlər nazirinin müavini Mehdi Səfəri sentyabrın 3-də Bakıya səfərə gələcək. Lent.az-ın məlumatına görə, səfərdən məqsəd Xəzəryanı ölkələrin prezidentlərinin xüsusi nümayəndələrinin Xəzər dənizinin hüquqi statusu ilə bağlı keçiriləcək 23-cü toplantısında iştirak etməkdir. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar