SON XƏBƏRLƏR

İrəvandan Abdulla Gülə təhlükə xəbərdarlığı

2021.10.20, 07:36
İrəvandan Abdulla Gülə təhlükə xəbərdarlığı

Gunaz.tv
İrəvandan Abdulla Gülə təhlükə xəbərdarlığı abdulla-gul.jpg Ermənistan parlamentinin vitse-spikeri Türkiyə prezidentinə qarşı təxribat barədə xəbərdarlıq etdi Türkiyə prezidenti Abdulla Gülün İrəvana səfərinin vaxtı yaxınlaşdıqca mövzu ətrafında ən müxtəlif məlumatlar yayılmaqdadır. Lent.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, “Daşnaksütyun” Ermənistan İnqilab Federasiyası Türkiyə prezidentinin İrəvana səfəri ilə bağlı aksiya keçirməyə hazırlaşır. Bu barədə jurnalistlərə Ermənistan parlamentinin vitse-spikeri, “Daşnaksütyun”un rəhbərlərindən biri Hrayr Karapetyan məlumat verib. Onun sözlərinə görə, etiraz aksiyası Türkiyə prezidentinin qarşılanacağı hava limanından başlayacaq. Vitse-spiker aksiyanın gedişində təxribat baş verə biləcəyi haqda xəbərdarlıq edib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar