SON XƏBƏRLƏR

Qənirə Paşayeva: “Gülün Ermənistana səfəri heç bir azərbaycanlını razı sala bilməz”

2021.10.20, 07:36
Qənirə Paşayeva: “Gülün Ermənistana səfəri heç bir azərbaycanlını razı sala bilməz”

Gunaz.tv
Qənirə Paşayeva: “Gülün Ermənistana səfəri heç bir azərbaycanlını razı sala bilməz” qenire-pashayeva.jpg “Türkiyə prezidentinin Ermənistana səfəri heç bir azərbaycanlını razı sala bilməz. Bu səfər mənəvi baxımdan bizi yaralayır. Buna görə də mən sonuncu dəqiqəyə qədər Abdulla Gülün bu səfərdən imtina edəcəyini gözləyirəm. Abdulla Gülün özü də səfərlə bağlı dəvəti dəyərləndirdiyini deyib. Məncə, Gül bu dəyərləndirmələrində Türkiyənin içərisindəki daxili rəyi və Azərbaycan cəmiyyətinin mövqeyini də nəzərə almalıdır”. Bunu APA-ya açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib. Millət vəkili Gülün İrəvana səfərinin Azərbaycan yetkililərinin də Ermənistan nümayəndələri ilə görüşü ilə müqayisə edənlərin məsələyə doğru yanaşmadıqlarını deyib: “Əvvəla, Azərbaycan nümayəndələri ermənilərlə görüşmək üçün Ermənistana getmirlər. İkincisi də bu görüşlər ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə konkret olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilir. Əgər Abdulla Gül də Serj Sərkisyanla başqa ölkədə və ya tədbir çərçivəsində görüşsəydi, bu bizim üçün bu qədər müzakirəyə səbəb olmayacaqdı”. Q. Paşayeva onu da deyib ki, əgər Abdulla Gül Ermənistana gedəcəksə, o zaman orada verəcəyi mesajlar çox önəmlidir: “Əgər Abdulla Gül Ermənistanda media qarşısına çıxıb, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini, bu işğal aradan qaldırılmasa, heç bir əlaqənin qurulmayacağını sərt şəkildə söyləsə və bu səfərdən sonra da gerçəkdən Ermənistanla heç bir əlaqə qurulmasa, bu bizim yaralarımızı bir az saracaq. Ona görə də Abdulla Gülün Ermənistana səfər edəcəyi təqdirdə orda verəcəyi mesajlar və geri dönəndən sonra Türkiyənin addımları çox önəmlidir”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar